sevgi

Qarşı tərəfə təsir edəcək – SİRLİ MÜNASİBƏT QAYDALARI

Baxış sayı: 884

İnsanların, sevgilisi ilə müzakirə etmək istəməməyinin səbəbi, sevdiyi adamı qırmamaq deyil. Çünki qırmaq və qırılma mövzuları prioritet sıralamasına görə kiçik mübahisələrdən sonra olur. Nə qədər əsəbiləşsək də, sevgilimizlə mübahisə etdikdə, hər zaman eyni səhvlərə yol veririk. Problemi danışıb həll etmək əvəzinə, küsməyə üstünlük veririk.

“Gencaile.az” saytı  Türkiyə mətbuatına istinadən xəbər verir ,araşdırmalar zamanı münasibətdə olan cütlüklərin 80%-nin dalaşdıqda eyni hərəkətlər etdiyi aydın olub. Aşağıda yazılan xoşagəlməz 10 davranış, əminik ki, sizə də tanış gələcək!

1) Adı ilə xitab etmək. Sevgilinizlə normalda “Canım”, “Həyatım”, “Birdənəm” deyərək danışırıq. Amma ən kiçik bir müzakirə sonrasında bütün gözəl anlar, gözel sözlər unudulur və “yaxşı”, “oldu”, “özün bilərsən” kimi sözlər yazılır.

2) Mesajlaşanda hər cümlənin sonuna nidalar qoymaq.

3) Telefon kitabçasında sevgilinizin adını “Həyatım”, “Sevgilim”, “Birdənəm” olaraq qeyd edirsiniz. Ancaq hirslənib incidiyiniz an “Həyatım”, “Canım” adları silinir və dərhal öz adı yazılır.

4) Telefon zənglərinə cavab verməmək. Bu o deməkdir ki, “hətta səsini belə eşitmək istəmirəm”.

5) Xəbər vermədən istirahətə getmək və mesajlarına cavab verməmək.

6)“Facebook”dan “münasibətiniz var” ifadəsini silmək.

sevgi

7) Sosial şəbəkələrdə sözünü dolayı yolla sevgilisinə çatdırmaq üçün paylaşılan videolar.

8) Yazılan mesajlara, sadəcə, “yaxşı” cavabının verilməsi.

9) Saçlarınızı sevgilinizin bəyənmədiyi formada kəsdirmək.

10) “Sabahın xeyir!” və “Gecən xeyirə!” mesajlarını yazmamaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir