qasiq

Qaşıq, çəngəl, bıçaq necə yaranıb? – MARAQLIDIR

Baxış sayı: 1. 650

Gündəlik həyatda çox istifadə etdiyimiz və yemək yeməyimizə kömək edən qaşıq, çəngəl, bıçağın tarixi ilə heç maraqlanmısız? Necə yaranıblar və necə oldu ki, süfrələrimizdə əsas yeri tutdular? “Gencaile.az” bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır.

 

Qaşıq

Aparılan araşdırmalara görə, qaşıq ilk dəfə daş dövründə istifadə olunub. İlk qaşıqlar dəniz qabıqlarından hazırlanıb. Daha sonra ehtiyaca görə daşdan və taxtadan hazırlanmağa başlayıb. Qaşıq hazırkı formasına romalılar dövründə qovuşub.

 

Çəngəl

Çəngəl ilk icad edildiyində 2 uclu olub. Hazırkı dövrə gələnə qədər 3, daha sonra isə 4 uclu olub. Əslinə baxsan, çəngəl ilk dəfə yunanlar tərəfindən bir müharibə silahı olaraq istifadə edilib. Sonrakı illərdə isə çəngəl bir əkin vasitəsinə çevrilib. Bu çevrilmələrin ardından çəngəl son olaraq süfrəmizdəki formasını alıb.

Eramızdan əvvəl Orta Asiyalı zəngin ailələr tərəfindən istifadə edilən çəngəl, 13-cü əsrə gəlindiyində Bizans və Roma süfrələrinin vazkeçilməzi olub. O dövrdə fransızlar isə çəngələ qarşı fərqli bir münasibət bəsləyərək, çəngəlin bir göstəriş olduğunu düşünmüş və istifadəsini rədd ediblər.

 

Bıçaq

İnsanlıq tarixi qədər qədim olan bıçaq, tarixdə ən çox bir silah olaraq istifadə edilmişdir. Bıçaq ancaq orta əsrlər Avropasında süfrələrə qoyulmağa başlanmışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir