Qatıq şorbası, sərin və yüngül bir yeməkdir. Bu şorba yay aylarında xüsusilə sərinləşdirici təsir göstərir. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında oxucularımıza məhz qatıq şorbasının hazırlanmasından bəhs edəcəyik.
İnqrediyentlər:
Qatıq
Xiyar
Şüyüd, cəfəri, nanə
Sarımsaq
Duz
Su
Hazırlanma qaydası:
Qatığı bir qabda çalın.
Xiyarı rəndələyib qatığa əlavə edin.
Yaşıllıqları incə doğrayıb qatığa qatın.
Sarımsağı əzib qarışığa əlavə edin.
Duz əlavə edin və qarışdırın.
Sərin su əlavə edib qarışdırın və soyuducuda saxlayın.