qatiqla-kosmetologiya

Qatıqdan kosmetoloji vasitə kimi belə istifadə edin

Baxış sayı: 8. 041

Qatıq üz dərisini daha yumşaq, hamar və elastik edir, kiçik qırışları hamarlayır, üz dərisini ağardır, yüngül piling effekti verir. Yazda dərimiz çox quru, yorğun olur, qabıq verir. Təqdim etdiyimiz maskalar üz dərisinə gözəllik və cavanlıq bəxş edəcək.

Qatıqla olan üz maskaları (ev qatığından istifadə etmək daha yaxşıdır):

– 2 xörək qaşığı qatıq, 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı küncüt yağı, 1 xörək qaşığı yulaf yarması (əvvəlcədən üyüdmək lazımdır) qarışdırılır və təmiz üz dərisinə qalın qatla çəkilir. 15 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyub istənilən qidalandırıcı krem çəkin.

– 2 xörək qaşığı qatıq, 1/2 çay qaşığı badam yağı, 1/2 çay qaşığı ərik yağı, 1 çay qaşığı qarğıdalı nişastası yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə ərzində saxlayın və sonra ilıq su ilə yuyub istənilən qidalandırıcı krem çəkin.

– 3 xörək qaşığı qatıq, 1 çay qaşığı bal qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

– 2 xörək qaşığı qatıq, 1 ədəd yumurta sarısı, 5 damcı A vitamini (apteklərdə satılır)  yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Qatıqla olan saç maskaları

Qatıq həmçinin saçların vəziyyətinə çox müsbət təsir edir. Daim istifadə etdikdə (həftədə 1-2 dəfə) belə maskalar saçları yumşaq, parlaq və canlı edir, saçların rəngini “açır”.

– Ən sadə maska – qatıq saçlara çəkilir, plyonka və üzərindən dəsmalla örtülür, 2 saatdan sonra yaxşı yuyulur.

– 1/2 stəkan qatıq, 1 xörək qaşığı gənəgərçək yağı, 1 ədəd yuymurta yaxşı qarışdırılır (bütün inqrediyentlər ilıq olmalıdır) və saçlara çəkilir. Saçlar plyonka, üzərindən dəsmalla örtülür və 2 saatdan sonra şampunla yaxşı yuyulur.

– 1 stəkan qatıqda 1 çay qaşığı maya həll olunur və isti yerə qoyulur. 1/2 saatdan sonra maskanı saçlarınıza çəkin, plyonka və dəsmalla örtün və 2 saatdan sonra yuyun.

– 5 xörək qaşığı qatıq, 1 xörək qaşığı zeytun, 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı limon şirəsi, 2 xörək qaşığı istənilən balzam qarışdırılır, saçlara çəkilir, plyonka və dəsmalla örtülür və 2 saatdan sonra yaxşı yuyulur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir