perpetoyun salati

Qatıqlı pərpətöyün salatı necə hazırlanır?

Baxış sayı: 1. 449

“Gencaile.az” saytı bu gün sizə qatıqlı pərpətöyün salatının hazırlanma qaydası haqda məlumat verəcək.

 

Məhsullar:

– 1 böyük dəstə təzə pərpətöyün

– 2 fincan süzmə qatıq

– 2 diş əzilmiş sarımsaq (miqdarı zövqə görə müəyyənləşdirilir)

– Quru nanə (zövqə görə)

– Duz, qırmızı bibər (zövqə görə)

– Zeytun yağı.

 

Hazırlanması:

1. Pərpətöyün təmizlənir, yarpaqları ilə birlikdə iri-iri doğranır, axar su altında təmiz yuyulur, suyu süzülərək qurudulur.

2. Süzmə qatıqla əzilmiş sarımsaq bir qabda qarışdırılır, pərpətöyün əlavə olunaraq qarışdırılır. Tam qarışandan sonra zövqə görə duz və nanə əlavə edilir.

3. Hazır salat dayaz boşqaba çəkilir, üzərinə bir qədər zeytun yağı gəzdirilir, qırmızı istiot səpilərək süfrəyə verilir.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir