qazli ickiler

Qazlı içkilərlə bağlı ÖLÜM XƏBƏRDARLIĞI

Baxış sayı: 1. 274

Alimlərin araşdırmalarına görə, gündə iki və daha çox stəkan qazlı su istifadəsi ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Əksinə, ayda maksimum bir stəkansa müvafiq riskləri əhəmiyyətli dərəcədə azaldır. Nəticələri “JAMA Internal Medicine” jurnalında təqdim olunan araşdırmada 19 ildə 19 mindən çox insan iştirak edib. Müşahidələr başlayan zaman onların heç birində xərçəng, diabet və ya insult rast gəlinməyib.

Eskperiment göstərib ki, gündə ən azı iki stəkan (0,5 l) şirin və qazlı içki içən kişilər və qadınlarda mədə-bağırsaq traktının xəstəliklərindən ölüm riski artırır, sadə qazlı içkilər isə ürək-damar xəstəliklərini şiddətləndirir. Alimlər çox miqdarda qazlı içki istifadəsinin Parkinson xəstəliyinin artması riskinə səbəb olduğunu da dilə gətirib.

“Əldə etdiyimiz məlumatlar göstərir ki, qazlı içkilər qanda şəkərin səviyyəsini yüksəldir. Bu da bağırsaq mikroflorasını dəyişdirərək və bağırsaq infeksiyalarına qarşı həssaslığı artıraraq bağırsaq iltihabına səbəb ola bilər. Həzm xəstəliklərinə yüksək həssaslıq olmasının səbəbi də budur” , – deyə Atlanta Emori Universitetinin tibb üzrə dosenti, doktor Şaron Horeş Berqkvist qeyd edib.

Kaloriya Nəzarət Şurasının prezidenti Robert Rankinsə öz növbəsində istehlakçılara xüsusi məhsulların zərərli olması barədə təhrif edilmiş bir şəkil verdiyini qeyd edərək tədqiqatı tənqid edib. Onun sözlərinə görə, aşağı kalorili qatqılar hərtərəfli öyrənilir və təhlükəsizdir.

Fransada 100 mindən çox insanı əhatə edən başqa bir araşdırma da göstərib ki, konservin yalnız üçdə biri və ya 100 ml qazlı su istifadəsi xərçəng riskini 18% artırır. Döş xərçəngi inkişaf ehtimalı 22% -ə qədər artır. Eyni statistika təzə sıxılmış şirələr üçün də aktualdır. Odur ki, alimlər qazlı içki pərəstişkarlarına suya giləmeyvə və ya meyvə parçaları əlavə edərək içməyi məsləhət görürlər.

Bundan əlavə, gündə 76 qrama qədər qırmızı ət yeyən insanlarda xərçəng riski 20% yüksəldiyi, alkoqolun isə xərçəngin inkişaf ehtimalını 8% artırdığı bildirilib.

Qızartma üçün bitki yağıları çox təhlükəlidir, bu iltihablı bağırsaq xəstəliklərinin inkişafına təsir göstərir və bağırsaq xərçəngini doğurur. Mütəxəssislər yağdan təzə və soyuq halda istifadə etməyi məsləhət görürlər.

Daha əvvəl Amherstdəki Massaçusets Universitetinin alimləri bitki yağında bişən qızartma yeməklərinin xərçəngin ağırlaşmasına səbəb ola biləcəyini müəyyən edib.

Tədqiqatçıların fikrincə, ABŞ-da bir çox insan bu və ya digər dərəcədə mədə-bağırsaq traktı problemlər yaşasa da, fəstfud və qızardılmış yeməklərdən imtina etmirlər.

Araşdırmanı elm adamları siçanlar üzərində aparıb. Təcrübələr sübut edib ki, bitki yağı hər vəziyyətdə gəmiricilərin sağlamlığını pozur. Odur ki, bitki yağında bişən qidalar xərçəng riskini artıran əsas amillərdən biridir.

Soyuqdəymə ilə əlaqəli olmayan səs batması, zəif öskürək, tüpürcəyi udmaqda çətinlik, ishal və ya qəbizlik də xərçəng əlamətlərini göstərə bilər. Xərçəng simptomları arasında qırmızı qan hüceyrələrinin az olması, anemiya, sidik artması və bu zaman ağrılı müşahidə olması, həmçinin sidikdə qan və bir ay genişlənmiş limfa düyününü göstərmək olar.

Eyni zamanda həkimlər, xəstəlikləri aşkar etmək üçün qan okomarkerlərinə qan analizi verməyin mənasız olmadığını düşünürlər. Qarın boşluğunun və cinsi orqanların ultrasəs müayinəsi ilə kifayətlənmək lazımdır, qadınlar həm də mamoloq müayinəsindən keçməlidir. Bundan əlavə, nəcis analizini aparmaq lazım olduğuna işarə edilir – bu, dəqiq bağırsaq xərçəngi diaqnozunu təyin etməyə imkan verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir