ANS telekanalının Amerikaya ezam olunmuş əsas xəbər aparıcısı Qənirə Ataşova ölkəni oğlanları ilə birgə tərk edəcək.
Fəaliyyətini bundan sonra Vaşinqtonda xüsusi müxbir olaraq davam etdirəcək məşhur telejurnalistin həyat yoldaşı Anar isə işi ilə əlaqədar Azərbaycanda qalacaq.
Ataşovanın uşaqları da təhsilini məhz Vaşinqtonda davam etdirəcək. Qeyd edək ki, Qənirə Ataşovanın Fərhad və Ceyhun adlı iki oğlu var.
Xatırladaq ki, iş yerini dəyişməsi ilə əlaqədar ANS kollektivi telejurnalist ilə təntənəli şəkildə vidalaşıb, xatirə şəkilləri çəkdiriblər.