sac

Qeyri-adi gözəllik salonları

Baxış sayı: 591

Müasir gözəllik salonları öz  dizaynları və peşəkar saç ustaları ilə seçilirlər.  Fərqli üslubda çalışan gözəllik məkanları və qeyri-adilikləri ilə dünyaya meydan oxuyan saç ustaları haqqında maraqlı məlumatları təqdim edirik.

 

Şisman  qadınlar yaddan çıxmır

Bir dəfə amerikalı Ceymi Lopez bərbərə gəldi və stulda oturaraq onu sındırdı. Yenidən alçaldılmaq istəməyən Lopez şişman qadınlar üçün “Babydoll Beauty Couture”ni yaratdı. Burada  böyük ölçülü qadınlar  xüsusi  geniş mebel quraşdırılıb. Belə ki, bu oturacaqlar 200-dən 350 kq-a qədər çəkiyə davam gətirə bilər.

 

Hicablı xanımlar üçün əla məkan

Nyu-Yorkda yerləşən” Salon le Jemalik” yalnız qadınlar üçün və əsasən hicab taxan, lakin kişilərin yanında hicabını çıxara bilməyənlər üçün yaradılıb. Biznes Xuda Kyuxşi adlı bir qıza aiddir. O, bu salonu   ümumi salonlardan yorulduqdan sonra yaradıb.

 

Saçlar bit və həşaratlardan necə təmizlənir?

ABŞ-ın Minnesota ştatının Bernsville şəhərində maraqlı gözəllik salonu fəaliyyət göstərməkdədir. Burada müştərilərin saçından bit  və həşəratların əl ilə çıxarılması üzrə ixtisaslaşmış ustalar çalışır. “Kooty Katchers “ adlı bu məkanın sahibəsi Paula Salasdır. Qısa müddət ərzində məşhurlaşan bu bərbərxanaya ayda 300-ə yaxın insan gəlir.

 

Daxma, yoxsa gözəllik salonu?

Tümendə oyma pəncərə çərçivələri kimi ənənəvi elementləri olan taxta daxmada yerləşən gözəllik salonu fəaliyyət göstərir. Bu gözəllik salonunun müştərilərinin sözlərinə görə , bu  daxmaya Baba Yaqa kimi girib, gözəl bir qız kimi çıxa bilərsiniz.

 

Bilmirsə kitabxanadasan,yoxsa?..

ABŞ-da maraqlı bir gözəllik salonu açılıb. Salonun sahibi Reggie Ross insanların yalnız gözəl görünmələrini deyil, həm də daha savadlı olmalarını istədiyi üçün salonun içində balaca bir kitabxana yaradıb. Kitab oxumağı təbliğ edən bərbərin sözlərinə görə,öz növbəsini gözləyən insanlar maraqlı kitablar oxuyaraq vaxtlarını da səmərəli keçirmiş olurlar.

 

Təyyarə göyərtəsində dəbdəbəli  gözəllik salonu

Amber Scott adlı şotlandiyalı vizajist valideynlərinin ona hədiyyə etdiyi vintage təyyarədə dəbdəbəli gözəllik salonu açıb. 1957-ci ildə buraxılan “Air Atlantique Convair” təyyarəsinin dizaynı ona  təxminən 30 min funt-sterlinqə başa gəlib. Hal-hazırda burada  vizajistlər üçün dörd yer, bərbərlər üçün iki yer və hətta manikür və pedikür ustası üçün də yer var.

 

Displey güzgülü  salon

Seulda yerləşən “Leekaja Hairbis” gözəllik salonları şəbəkələrində isə çox maraqlı bir üslübda ağıllı displey güzgüləri quraşdırılıb.  Belə güzgülər  vasitəsi ilə müştərilər saç düzümlərinin üslubunu və rəngini seçə bilərlər. Xidmətin göstərilməsi zamanı isə  cihaz normal görünüş alaraq adi güzgülərdən heç bir şəkildə fərqlənmir.

 

Yeniliklər qorxanlar üçün…

“Blind Barber” adlı bərbərxana yeniliklərdən qorxan insanlar üçün açılıb. İçindəki hər şey  keçmişdə olan bərbərrxanaları xatırladır – divarlarından tutmuş bütün istiqamətlərdə çıxan naqillərə qədər. Bərbərdə yalnız üç xidmət var- saç kəsimi, təraş və saqqal qırxmaq.

 

Çılpaq ustalar

Sidneydə yerləşən “Hot Cuts” dünyanın ən qeyri-adi bərbərxalar sırasına daxildir. Buranın bərbərxananın  xüsusilə kişilərdir. Çox maraqlıdırki, burada saç ustaları yalnız qızlardı. Onlar saç düzümlərini edərkən əsasən çılpaq olurlar. Qeyd edək ki, bu salonda saç düzümü etmək baha başa gəlir.

12

Caynaqları olan bərbər

İtaliyada məşhurlaşan  Valentino Lozauro öz təcrübəsində plastik caynaqlara bənzəyən vasitədən istifadə edir. Bu caynaqlar sərt və davamlı elastik plastikdən hazırlanır. Caynaqların üstündə olan iti, xüsusi ülgüclər vasitəsilə usta asanlıqla müxtəlif saç düzümləri edə bilir. Valentinonun sözlərinə görə, onun bu metodu işi daha tez bitirməyinə imkan verir və müştəriləri onun etdiyi saç düzümlərini çox bəyənirlər. Qeyd etmək lazımdır ki, bu qeyri-adi caynaqları eldə etmək istəyində olan digər ustalar onları 30.000 dollara ala bilərlər.

 

Saç düzümlərini baş-ayaq edən çinli usta

Çinli Wang Xiaoyu yerinə yetirdiyi saç düzümləri və istifadə etdiyi qeyri-adi üsulla insanların marağına səbəb olub. 18 il ərzində kung-fu idman növü ilə məşğul olan bərbər  etdiyi saç düzümlərini baş-ayaq edir. Onun söylədiklərinə görə, beləliklə o həm idman etmiş olur, həm də sevdiyi işlə məşğul olur. 16 il gözəllik salonunda çalışan Wang 2009-cu ildə medianın belə diqqətini özünə çəkməyi bacardı.

sac 13

 

Od və qılınc vasitəsi ilə saç kəsimləri

İspaniyalı Albert Olmedonun maraqlı bir bacarığı var. İspaniyanın məşhur gözəllik salonlarının birində çalışan usta saç kəsimlərini qayçı ilə deyil, od və qılınc vasitəsi ilə edir. Orta əsrlərdən bəri istifadə olunan bu üsullar müştərilərin böyük marağına səbəb olub.

 

Qapalı gözlərlə saç düzümü

Çindən olan digər bacarıqlı bərbər Tyan Haonun özünəməxsus qeyri-adi bir üsulu var. Tyan adətən etdiyi saç kəsimlərini qapalı gözlər ilə edir.  Tyanın dediyinə görə, o, müştərilərinin aurasını hiss edir və buna görə də onların istədiyi gözəl bir saç düzümü yarada bilir.

 

Müçtərilərin saçları qaynar masa ilə yandırılır

Qeyri-adi saç düzümlərini yaradan çinli Wan Weibu qayçı əvəzinə maraqlı bir üsuldan istifadə edir. Təəccüblü olsa da usta müştərilərinin saçlarını qaynar maşa ilə yandıraraq qeyri-adi kəsimlər yaradır. Qeyd etmək lazımdır ki, bu üsul Çində 1980-ci illərdən bəri istifadə olunur.

sac

Həm bərbər, həm də rəssam

ABŞ-da tanınmış gözəllik salonlarının birində çalışan Rob Ferrel nəinki etdiyi maraqlı saç düzümləri, həmçinin gözəl rəssamlıq qabiliyyəti ilə də seçilir. Gənc usta müştərilərin istədiyi hər hansı bir məşhurun portretini  onların başlarında yaradır. Mürrəkəb portretləri tamamlamaq üçün o müxtəlif göz qələmlərindən də istifadə edir.

16

Şou göstərən saç ustaları

Yenə də çinli saç ustaları haqqında məlumat vermək istəyirik. Changsha adlı bir qəsəbədə yaşayan iki bərbər əsl şou göstərirlər.Onların istifadə etdikləri nəhəng alətlər bütün inanların marağına səbəb olub. Əslində, təzəliklə bu işə başlayan ustaların nəhənq qayçı və daraqlarını görən müştərilər hətta onlardan qorxaraq xidmətlərindən imtina edirdilər. Lakin cəsarətini toplayaraq,  onlara müraciət edən bir xanımdan sonra məşhurlaşan iki bərbərin artıq kifayət qədər müştərisi var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir