Yemәk qәbulu pozuntusu nәdir?
Qida pozuntusunun hansı növlәri var?
Cәmiyyәtdә bu suallarla tez-tez rastlaşırıq .Qida pozuntusu psixoloji bir xәstәlikdir. Bu kimi hallarda nәinki, böyüklәrdә uşaqlarda da rast gәlinir. Gәlәcәkdә uşaqlarda davranış pozuntusuna sәbәb ola bilir. Zaman keçdikcә onların cәmiyyәtә düzgün adaptasiyası çәtinlәşir vә özlәrini tәcrid etmәyә başlayır. Qida qәbulu pozuntularının üç növü var.
1) Anoreksiya
2) Bulimiya
3) Hәddәn artıq yemәk
Anoreksiya –14-18 yaş başlanğıcı kimi bu iki zirvә nöqtәdә daha çox qeydә alınır. Belә şәxslәr qida qәbulundan yayınır, kiçik porsiyalarla qidalanır, yemәyi ağızda uzun müddәt saxlayır, sonra geri çıxarır, insanların yanında yemәkdәn yayınır. Anoreksiyalı şәxslәrdә çәki dәyişkәnliyi zamanla daha da azalır vә vәziyyәti pislәşir. Böyrәklәr, ürәk-damar sistemi problemlәri yaranır.
Bulimiya – zamanı pasiyent normadan artıq qida qәbul edir. Bu çox zaman pәhrizdәn sonra başlayır. Müxtәlif әrzaqlardan istifadә edir. Yemәk yediyini vә qusma yaratdığını gizlәtmәyә çalışır, hәzmlә bağlı tez-tez problemlәr yaşayır. Dişlәrin çürümәsi, böyrәk problemlәri, ürәk çatışmazlığı vә s. bulimiyanın yaratdığı problemlәrә daxildir.
Hәddәn artıq qida qәbulu 2 әlamәtlә xarakterizә olunur. Qısa zaman periodu әrzindә eyni şәraitdә digәr insanların davranışından fәrqli olaraq böyük miqdarda qida qәbulu. Epizod zamanı nәzarәtin itirilmәsi hissiyyatı mәsәlәn son vermәk vә ya özünü idarә etmәyin mümkünsüzlü hissi.
Həddən artıq qida qəbulunun 3 və daha çox əlaməti var.
🔹 Normadan olduğundan daha sürətli qida qəbuluna meyl.
🔹 Diskonfort yarananadək qida qəbulu.
🔹 Olmadığı halda belə böyük miqdarda qida qəbulu.
🔹 Böyük miqdarda qida qəbuluna görə utandığı üçün təklikdə yemək.
🔹 Özünə qarşı ikrah hissi və yeməkdən sonra əzginlik, günahkarlıq hissi.
Həddən artıq yemək problemi ilə bağlı aşkar stress. Qida qəbulu pozuntusunundan əziyyət çəkən pasiyentlərdə yaranan risk amilləri.
🔻 İrsiyyət (ailələrdə qida pozuntuları, affektiv pozuntularla ağırlaşma)
🔻 Şəxsiyyətin əlamətləri (aşağı özünüqiymətləndirmə, tabeçilik, tənhalıq, perfeksionizm, müvəffəqiyyətə yönümlülük)
🔻 Şəxslərarası amillər (həddən artıq tənqid edən valideynlər, artıq çəkilə bağlı ələsalınma, psixotravma)
🔻 Xarici amillərin təsiri (moda, media)
🔻 Metobalik pozuntular (endokrin pozuntular, serotomin və noradrenalin çatışmazlığı, hipotalamik pozuntu nəticəsində kortizol səviyyəsinin yüksəlməsi
Belә insanlar mütlәq halda hәkimlәrә müraciәt edirlәr. Müalicәnin vә reblitasiyanın düzgün aparılması üçün psixoterapevtin qәbulu vacibdir. Unutmayaq ki, bu xәstәliklәr psixi xәstәliklәr sırasındadır.
Müalicә usulu üç fazada aparılır.
♦Davranışın dәyişmәsi
♦Koqnitiv restrukturizasiya
♦Tәkrar epizodların qarşısının alınması
Artıq çәkili insanlar bәzәn mәdә kiçiltmә әmәliyyatına girirlәr. Әmәliyyatdan sonra da bu xәstliklәrin hәr üçünü dә yaşaya bilәrlәr. Bu zaman psixoloqa müraciәt etmәlәri vacibdir.
Klinik psixoloq Pərvin Bağırova
Bu yazı mənim üçün çox faydalı oldu. Yazıda qida pozuntularının növləri və onların təsiri barədə çox ətraflı məlumat verilib. Həddən artıq yemək və anoreksiya məsələsi xüsusilə diqqətimi çəkdi, çünki bu, mənim ətrafımda da tez-tez gördüyüm bir vəziyyətdir. Amma yazıda “xarici amillərin təsiri”ni bir az daha geniş izah etsəydiniz, daha yaxşı olardı. Moda və sosial mediada olan təzyiqlər haqqında daha çox məlumat vermək bu mövzuda daha çox məlumatlandırıcı olardı.
Məncə, anoreksiya, bulimiya və həddən artıq yemək kimi pozuntuları izah edərkən, bu xəstəliklərin psixoloji tərəfinə də daha çox yer ayırmaq faydalı olardı. Çünki bəzən insanlar yalnız fiziki əlamətləri görürlər, amma psixoloji tərəfi daha da ciddi ola bilər.
Çox önəmli bir mövzuya toxunmusunuz! Anoreksiya, bulimiya və həddən artıq yemək məsələləri cəmiyyətdə nə qədər geniş yayılmış olsa da, çox zaman gizlədilir. Sizin yazınızda həm uşaqlar, həm də böyüklər üçün bu pozuntuların psixoloji təsirlərinə vurğu edilməsi çox yerindədir.
Mənim fikrimcə, bu tip problemlər həm də cəmiyyətin ideal gözləntiləri ilə bağlıdır. Hər yerdə “ideal bədən ölçüləri”nə dair təbliğat var, amma əslində sağlam bədən çox fərqli ola bilər. Sizcə, mediada bu təzyiqlərin qida qəbulu pozuntularına necə təsiri olur?
Bu yazını oxuyanda çox düşündüm. Anoreksiya və bulimiya həm fiziki, həm də emosional olaraq insanı çox zorlayır. Ən çox da uşaqlar və yeniyetmələr bu problemlərdən əziyyət çəkir, çünki bu dövrdə şəxsiyyətin formalaşması və bədənə dair komplekslər yaranmağa başlayır. Yazıda qeyd etdiyiniz psixoterapiya və davranış dəyişiklikləri müalicəsi çox əhəmiyyətlidir.
Görəsən bu kimi pozuntulara qarşı cəmiyyətdə təhsil və məlumatlandırma necə artırıla bilər? İnsanlar öz problemlərini daha tez anlayıb, yardım axtarmağa necə təşviq oluna bilər?
Çox doğru vurğulamısınız ki, bu pozuntular həm böyüklərdə, həm də uşaqlarda ortaya çıxa bilər. Xüsusilə yeniyetmələrdə, bədən imici ilə bağlı problemlər və cəmiyyətin “gözəl” standartlarına uyğun olma təzyiqi çox böyük bir məsələdir. Yazıda göstərilən müalicə yolları, xüsusilə koqnitiv davranış terapiyasının faydalı olduğunu düşünürəm.
Anoreksiya və bulimiya xəstələri ilə əlaqəli sosial dəstək necə təşkil edilə bilər? Yəni, yalnız həkim və psixoloq yardımı kifayət edirmi, yoxsa cəmiyyətin də bu insanlar üçün rol oynaması lazım deyilmi?
Çox doğru məlumatdi hər kər oxuyub faydalanır 👍👍👍
Çox doğru məlumatdi hər kəs oxuyub faydalanır 👍👍👍 belə insanlar cəmiyyətdə çoxdur və məlumatlanmaları çox yaxşıdır
Çox doğru qeyd etmisiniz ki, bu tip pozuntular yalnız böyüklərdə deyil, uşaqlarda da müşahidə edilir. Mən öz təcrübəmdən bilirəm ki, valideynlər uşaqlarının qidalanma vərdişlərinə diqqət yetirməli və hər hansı bir problem olduqda erkən müdaxilə etməlidir.
Ugurlarınız bol olsun Pərvin xanım 😍
Yazdığınız mövzu müasir dövrümüzdə çox aktuallıq kəsb edir. Özüm də bəzən yemək pozuntularıyla üzləşirəm, amma bunları aşmaq üçün çalışıram. Psixoterapiyanın önəmi barədə söylədikləriniz doğru, çox mühüm bir mövzudur
“Çox vacib mövzuya toxunmusunuz, Pərvin xanım! Qida qəbulu pozuntularının psixoloji tərəflərini izah etməyiniz maarifləndirici və faydalıdır. Belə dəyərli məlumatlar üçün təşəkkür edirəm. Uğurlarınız bol olsun!”
Uğurlar,dəyərli məlumatlar üçün təşəkkürlər ❤️
Uğurlarınız bol olsun!
Mütəxəssis tövsiyəsi kimi çox vacib mövzuya toxunmusunuz və çox anlaşıqlı şəkilə izah etmisiniz👍🏻