Qida zəhərlənmələrindən qorunmaq üçün diqqət edilməli məqamlar məlum olub.
Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutundan verilən məlumata görə, İtifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etmək olmaz:
“Bundan başqa pasterizə olunmamış süd və süd məhsullarından istifadə məsləhət görülmür,
– Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istifadə etməyin,
– Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuyub istehlak etmək lazımdır,
– Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirin,
– Yeməkləri günlük olaraq hazırlayın, artıq qalanını isə bir dəfədən çox isitməyin,
– Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına əməl edin”.