et

Qırmızı ətin sonsuz faydaları

Baxış sayı: 960

Xroniki yorğunluğun əsas səbəblərindən biri kimi dəmir çatışmazlığı göstərilir. Dəmir çatışmazlığı daimi yorğunluğa səbəb olduğu üçün bir çox xəstəliklərin yaranma riskini artırır.

“Gencaile.az” xəbər verir ki, daxili xəstəliklər üzrə türkiyəli həkim Sedat Işık dəmir çatışmazlığı haqqında vacib məlumatları paylaşıb:

“Dəmir çatışmazlığının ən vacib səbəbi tərkibində dəmir olan məhsulların istifadə edilməməsidir. Eyni zamanda süd və süd məhsullarının həddən artıq istifadəsi bağırsaqlarda dəmirin udulmasına mane olur. Çay, kola və qəhvə kimi kofeinli içkilər də dəmir çatışmazlığına səbəb olur. Dəmir çatışmazlığının digər bir səbəbi uşaqlıqda zəruri qidaların lazımı səviyyədə qəbul edilməməsidir. Qadınlarda həddindən artıq menstruasiya qanaxması, ağrıkəsicilərin davamlı istifadəsi, qeyri-sağlam qidalnma dəmir çatışmazlığının səbəbi kimi göstərilə bilər.

Fiziki yorğunluq və halsızlıq, əllərdə və ayaqlarda uyuşma, dırnaqların tez qırılması, saç tökülməsi, konsentrasiyanın pozulması, pis əhval-ruhiyyə, dəri rənginin solğunluğu və tez-tez baş ağrısı dəmir çatışmazlığının əsas əlamətləridir.

Müalicə üçün həkim lazımı müayinələri etdikdən sonra bir müalicə xəritəsi hazırlayır. Bu xəritəyə xəstənin əvvəlki xəstəlikləri, istifadə olunan dərmanlar, simptomlar və müayinələrin nəticələri daxil edilir. Burada ən vacib məqam dəmir çatışmazlığına səbəb olan amilin müalicəsidir”.

Daha sonra həkim dəmir çatışmazlığı problemini aradan qaldıran qidaları açıqlayıb:

“Qırmızı ət (dalaq, qaraciyər, ürək), süd və süd məhsulları, yumurta, fındıq, kətan toxumu, qoz, badam, paxlalı bitkilər, qara tut, üzüm kimi meyvə qurularına tez-tez üstünlük vermək lazımdır. Yeni doğulmuş uşaqların ilk 6 ayında dəmirlə zəngin ana südü ciddi əhəmiyyət daşıyır. Körpəyə əlavə yemək verilməzdən əvvəl inək südünə keçmək olmaz. Bu erkən yaşda anemiyaya səbəb ola bilər.

Tərkibində C vitamini olan məhsullar (sitrus meyvələri, yaşıl bitkilər və s.) da qidalanmaya əlavə olunmalıdır. Artan dəmir çatışmazlığını normallaşdırmaq üçün dəmir həbləri qəbul edilə bilər. Körpələrdə isə dəmir tərkibli qidaların sayını artırmaq lazımdır. Qəhvə və çay kimi kofeinli içkiləri, yeməkdən dərhal sonra içməyin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir