kombi

Qış aylarında qaza necə qənaət etməli?

Baxış sayı: 1. 398

Qış aylarında kommunal xərclər təbii olaraq artır. Evin qızdırılması üçün daha çox enerjiyə və qaza tələbat yaranır. Mütəxəssislər qış aylarında bəzi ipuclarına əməl etməklə ailə büdcəsinə kömək edə bilərlər.

 

Gecələr kombini bağlamayın

Kombini gecə bağlayıb səhər açmaq heç bir şəkildə qənaət demək deyil. Gecə kombi bağlanıldığında məkanın döşəmə, tavan və divarları səhərə qədər soyuyur. Səhər məkanın isidilməsi üçün kombinin dərəcəsi artırılır və kombi 2 dəfə daha çox işləyir. Beləcə gecə edilən qənaət boşa gedir. Ona görə də kombinin dərəcəsini sadəcə olaraq azaldın.

Çölə çıxarkən kombini bağlamayın

1 gündən çox evdə olmayacaqsınızsa, kombini bağlamayın.  2 -3 saatlığına çölə çıxan birinin kombini bağlamağı səhv hərəkətdir.

Kombilərə düzgün qulluq  və radiatorların təmizliyi də qənaətə təsir edir. Radiatorlarun  içərisində tıxanmağa səbəb olan kirəclər və ərp  təmizlənməlidir. Əks halda kombi evi o qədər də yaxşı qızdırmaz və daha çox enerji və qaz işlədər.  Bu da qızdırıcı sistemini daha çox yükləyər.  Ona görə də vaxtında kombiləri sazlamaq və radiatorları təmizləmək lazımdır.

 

Vüsalə Əlövsətqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir