dodaq boyasi

Qış aylarının ən dəbdə olan dodaq boyaları

Baxış sayı: 1. 088

Dodaq boyası qadın üçün ən gözəl aksessuardır. Əsas odur ki, düzgün istifadə edilsin. Hər mövsümdə olduğu kimi qışın da bu sahədə trend rəngləri var.

Beləliklə, xarici KİV-ə istinadən, bu mövsümdə ən çox istifadə olunan rəngləri təqdim edirik:

 

1) Çəhrayı dodaq boyası

Qış mövsümündə üstünlük verəcəyiniz dodaq boyası rənglərindən ən birincisi çəhrayıdır. Siz bu rəngin həm mat, həm də parıltılı növündə olanını istifadə edə bilərsiniz.

2) Tünd qırmızı dodaq boyası

Əgər sadə göz makiyajı edib və bir dəvətə gedəcəksinizsə, sizin seçiminiz mütləq tünd qırmızı olmalıdır.

3) Parıltılı qırmızı dodaq boyası

Bu mövsümdə mat qırmızı demək olar ki, istifadə edilmir. Dodağı təravətli və gözəl göstərmək üçün parıltılı qırmızı rəngə daha çox üstünlük verilir.

4) Açıq çəhrayı rəngli dodaq parıldadıcısı

Bu rəngi nəzərdə tutduğunuz hər bir dodaq boyasında istifadə edə bilərsiniz. Bu, həm də mövsümün ən çox istifadə edilən rəngləri arasındadır.

5) Qəhvəyi və tünd bənövşəyi rəngin qarışığı olan dodaq boyası

Bu cür dodaq boyası adətən qış mövsümündən xəbər verir. Sadə göz makyajı ilə bu rəng dodaq boyasından istifadə edərək cazibədar görünə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir