vitamin b

Qış mövsümündə necə gümrah qalaq?

Baxış sayı: 546

Qış fəslində insanlar tez-tez  xəstələnir və depressiyaya düşürlər.  Bunun əsas səbəbi B-1 vitamini çatışmazlığıdır. Bu vitamini bərpa etmək üçün   noxud, lobya, ispanaq, qarabaşaq yarması, mal əti, yumurta kimi qidalardan istifadə etməlisiniz.

Qışda hava daha çox çirkli olduğu üçün qanda oksigenin miqdarı azalır. Bu, insanın gümrahlığına da mənfi təsir göstərir.  Zəkanın və bədənin gümrah və zəkanızın aydın olmasını istəyirsinizsə onda qış mövsümündə  siankobalamin yeni  B-12 adı ilə də məşhur olan vitamindən istifadə etməlisiniz.   Çünki bu vitamin qandakı oksigenin miqdarını artırır və  insanının orqanizmi  anemiyadan xilas edir.  Göy soğan, süd məhsulları, ördəyin qara ciyəri bu maddə ilə zəngindir.

Qış mövsümündə dərinizin hamar və parlaq olması üçün B-10 vitamini və ya paraaminobenzoy turşusundan istifadə etmək məsləhətlidir.  Bu vitamin  insan dərsini ətraf mühitin zərərli təsirlərindən qoruyur.  Qeyd edək ki, sözügedən vitamini xəstə olduğunuz dönəmdə də qəbul etmək önəmlidir.  Çünki B-10 bədəni infeksiyaların qarşısını alan qoruyucu  B-10 vitamini ilə zəngin  qoz, yumurta sarısında əlavə etmək lazımdır.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir