Jars of pickled vegetables and fruits in the garden. Marinated food.

Qış üçün salat, şoraba, turşu reseptləri – Qolları çirmələyin

Baxış sayı: 664

Yayın sonu, payızın əvvəlindən başlayaraq evdar, büdcəsini düşünən və pula qənaət etməyi bacaran, ailəsinə sağlam qida hazırlamağı üstün tutan  xanımlar qış üçün hazırlığa başlayırlar.

 

Marinada qoyulmuş soğanla tərəvəz salatı

Ərzaq: 2 kq baş soğan, 1 kq şirin qırmızı bolqar bibəri, 1 kq xiyar, 1.5 stəkan sirkə, 2 xörək qaşığı duz.
Soğan, xiyar və bibəri iri halqalara doğrayırıq. Sonra onları lay-lay sterilizə edilmiş bankalara yığıb üstünə qaynar marinad tökürük. Bankanı 20 dəqiqə pastrelizə edirik və bağlayırıq.

 

Marinadın hazırlanma qaydası:

1 litr suyu qaynadırıq, şəkər tozu və duz tökürük. 5 dəqiqə daha qaynadırıq, hazırdır.

Bolqarsayağı kök salatı

2 kq kök, 60 qram sarımsaq,  1 stəkan duru yağ,  2/1 stəkan 9 faizli sirkə, 3/1 stəkan şəkər tozu, 1 stəkan duz.
Kökü yuyuruq, təmizləyirik,  halqavari doğrayırıq.  4 dəqiqə qaynayan suda pörtüb götürürük və soyuq suya salırıq.

Sarımsğı da təmizləyirik.

Marinad üçün 1 litr suyu qaynadırıq, şəkər tozu və duz tökürük. 5 dəqiqə daha qaynadırıq.

Sterilizə olunmuş bankaya bir az sirkə və duru yağ, kök sarımsaq tökürük və qaynar marinadla doldururuq. 15 dəqiqə pastrelizə edirik və ağzını bağlayırıq.

 

Russayağı salat

Ərzaq 1 kq pomidor, 1 kq kök, 1 kq soğan, 5-7 ədəd şirin bolqar bibəri,  yarım litr duru yağ, 1 stəkan şəkər tozu,  zövqə görə duz əlavə edirik.

Kökü sürtkəcdən keçiririk,  soğan və pomidoru xırda-xırda doğrayırıq,  bütün ərzaqları bir yerdə qarışdırıb azca bişiririk. Ancaq tez-tez qarışdırırıq ki altı yanmasın.  Hazır olmuş salatı strelizə edilmiş bankalara yığırıq ağzını bağlayırıq.

 

Marinada qoyulmuş göy pomidor 

Marinada qoymaq üçün ətli, iri bərk göy pomidorları seçirik.  1 litrlik bankaya əlavə edirik. 1 ədəd dəfnə yarpağı,  5 ədəd dənəvər qara istiot,  4/1 ədəd qırmızı acı istiot, 4 mixək, qaşığın ucunda darçın.  Hazırlanmış marinadı pomidorların üstünə tökürük.

Marinad üçün 1 litr suyu qaynadırıq, şəkər tozu və duz tökürük. 5 dəqiqə daha qaynadırıq.

Bu bankanı 15 dəqiqə qaynadıb , pastrelizə edib bağlayırıq.

 

Almansayağı pomidor salatı

1 xörək qaşığı duz, 5 xörək qaşığı şəkər tozu  4/1 xörək qaşığı 6 faizli sirkə.

3 litrlik bankanı pomidorla doldururuq, bura alma dilimləri, şirin bolqar istiotunun dilimləri, bir dəstə də cəfəri tökürük.

Şəkər tozu, duz, sirkədən marinad hazırlayırıq.

Həmin marinadı bankaya töküb ağzını bağlayırıq.

Evdə hazırlanmış acika
Ərzaq 2.5 kq pomidor, 1 kq kök, 1 kq şirin qırmızı istiot.

Bütün ərzaqları ət maşınından keçiririk.  Buna 1 stəkan duru yağ, 1 stəkan şəkər tozu,  4/1 stəkan duz əlavə edirik.

Bunları bir emallı qaba (şirəli qab) töküb,  1 saata qədər qaynadırıq.  Sonra oddan götürüb, bu salata 100 qram sarımsaq (ət maşınından keçirilmiş) 2 ədəd də acı bibər əlavə edirik.  Soyumuş acikanı sterilizə olunmuş bankaya doldurub qapaqla bağlayırıq.

Ağız şirinliyi ilə yeyin! Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir