geyim

Qısa boylu xanımlar üçün geyim təklifləri

Baxış sayı: 962

Qısaboylu qadınların necə geyinəcəyini araşdırırsınızsa, doğru yerdəsiniz. Bəzi geyim seçimləri sizi olduğunuzdan daha qısa və ya çox kilolu görünməyə vadar edə bilər. Düzgün geyim seçimi etməklə olduğunuzdan daha uzun və zəif görünmək sizin əlinizdədir.

Qısaboylu qadınlar çox zaman alış-veriş zamanı bəzi çətinliklərlə üzləşirlər. Beləliklə, sizi bu çətinliklərdən qurtaracaq bir neçə təklif edəcəyik:

Mümkündürsə, belinizi sarıyın

Ayaqları uzun göstərməyin yolu diqqəti belə yönəltməkdir. Bunun ən yaxşı yolu isə kəmərlərdir. Böyük bədən jaketin və ya gen paltarın belinə sarıyacağınız kəmərlə həm dəbli, həm də uzun görünə biləcəksiniz.

Mini paltarları iti burunlu ayaqqabılarla və ya qısa botlarla geyinin

İti burunlu ayaqqabılar ayağı uzun göstərmək üçün mükəmməldir. Hər şeydən əvvəl diqqəti çəkəcəyinə şübhə yoxdur. Aşağıdan yuxarıya baxdıqda ayaqlarınız uzanacaq.

Qısa və dar cinsləri seçin

Məntiqsiz səslənə bilər, ancaq yüksəkbelli və bədəni sarıyan cins sizi olduğunuzdan daha uzun göstərə bilər. Uzun belli şalvarlardan istifadə edin. Yüksəkbelli hər şey incə bədənli qadınlar üçün yaradılıb. Cins, dəri şalvar və sair. Belinizin incəliyini vurğulayan hər şey ayaqlarınızın daha uzun olduğu illüziyası yarada bilər.

geyim

Qərarsızsınızsa, qara geyinin

Başdan ayağa qara kombinlər qısaboylu qadınların hər zaman güvənə biləcəyi B planıdır. Qara şalvarlarla qara botlar ayaqlarınızın daha uzun olduğu təəssüratını verəcək.

Saç

Qısaboylu qadınlar üçün ən ideal saç uzunluğu çiyində bitən saçlar olacaq. Qısa modellər və karkas meylləri də üz tipinizə görə seçə biləcəyiniz məqamdır. Uzun saçlar sizi olduğunuzdan daha qısaboylu göstərə bilər.

Aksessuar seçimi

Bədəninizə uyğun olaraq böyük çantalardan və aksessuarlardan uzaq durun. Kiçik, çarpaz çantalar, zinət əşyaları, nazik bel kəmərlər sizin üçün daha uyğun seçim olacaq.

Qısa daban ayaqqabılar möcüzə yarada bilər

Ən önəmli qaydanı ən sona saxladıq. Qəbul edək ki, uzun görünməyin ən asan yolu hündürdaban ayaqqabılardır. Hündür dabanlılarla yeriməyə çətinlik çəkirsinizsə və ya sevmirsinizsə, qısadabanlı ayaqqabılar da işinizə yarayacaq. Bu üsulla həm də dəblə ayaqlaşmış olacaqsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir