Saçınız qısadırsa, gəlin saçında az alternativinizin olduğunu düşünməyə gərək yox.
Çünki qısa saç modellərində də bir çox seçənəyiniz var. Üstəlik qısa saçın bir üstünlüyü də
saç aksesuarlarının çox yaraşmasıdır. Qısa saçlarınızın üzərində çiçəklər inanılmaz romantik və nağıla bənzər görünür.
1. Oğlan kimi qısa saç modeli – Bu saç modeli ən qısa olanıdır. Eynen oğlan saçı kimi qısadır.
Güclü üz cizgiləriniz və ya uşağa bənzər bir üzünüz varsa bu model üzünüzün gözəlliyini üzə çıxaracaqdır.
Xüsusilə, büyük gözlü gəlinlərə daha çox yaraşacaqdır.
2. İşarət saç modeli – Bu saç modelində saçın bir və ya bir neçə yerində işarə olunmuş kimi iti çolkalar yer alır.
Bu modeldə də gəlinlər xüsusi gəlin saç aksesuarlarından istifadə etməklə gözəl və “cool” görsənəcəklər.
3. Qısa buruq saç modeli – Buruq saça qısa kəsimin yaraşmayacağına dair çox söz-söhbətlər vardır.
Lakin qısa qıvrım saçlar çox gözəl olur. Xüsusilə oval üz quruluşu olan xanımsınızsa.
Üstəlik saçın rahat havasıyla çox cəlbedici gəlin olacaqsınız.
4. Çənəyə qədər olan saç modeli – Adından da məlum olduğu kimi, çənəyə qədər gələn saç modelidir.
Üzünüzü tamamilə çevrələyən düz bir kəsim və ya qat-qat kəsim edə bilərsiniz.
Uzun üz sahibi olan gəlinlər bu cür saç modelini rahatlıqla seçə bilər.
5. Bob saç modeli – Bu model tam bir yarım dairə çolka ilə olur.
Katie Holmesun üstünlük verdiyi bu saç modeli sevimli olduğu qədər həmçinin xanımlıq
havası yaradan modeldir və qəfəs duvaqla möhtəşəm görünür.
6. Vintaj saç modeli – 1930-cu illərdən qalma saç modelləri hər gəlinliklə gözəl görünəcək
modeldir və feminen bir hava yaradır. Bu saç modeli gəlinləri köhnə zamanlara qaytarır.
Vintaj aksesuarlarla birləşdiyində isə bütün gözləri üzərinizə çəkməyi bacaracaqsınız.