Qış aylarında çoxlarının dodaqları quruyur. Hətta bəzi insanların dodaqlarında çatlar əmələ gəlir. “Gencaile.az” saytı xarici mütəxəssislərə istinadən sizə dodaqların hansı səbəbdən quruduğunu təqdim edir:
1. Quru və soyuq hava
2. Diş xəstəlikləri
3. Allergiya
4. Vücudun çox su itirməsi
5. Dodaq dişləmə və dodaq yalama
6. B12 vitamini çatışmazlığı
7. Siqaret çəkmək
8. Dodaq eqzeması
9. A Vitamini çoxluğu
Dodaq quruluğu və çatları ilə aşağıdakı kimi mübarizə apara bilərsiniz:
Ən əsas mübarizə üsulu dodaqları nəmləndirməkdir. Nəmləndirici kremlərdən axşam və səhər evdən çıxmamış istifadə edin.
Günə 2 ya da 3 litr su için.
Hind qozu yağından faydalanın.
Dodağınızı qətiyyən yalamayın.
İstifadə etdiyiniz dodaq boyasına diqqət edin. Keyfiyyətsiz və son istifadə müddəti keçən boyalar dodaqlarda ciddi problem yaradır.