idman

Qışda formada qalmağın SİRRİ

Baxış sayı: 1. 602

Yalnız yay aylarında deyil, qışda da formada qalmaq lazımdır. Amma necə? Qışda formada qalmağın və gözəl görünnməyin sirrlərini təqdim edirik.

1. Ağrılarınız olacaq     

Ağrılara və sızlamalara hazır olmalısınız. Ancaq bu, əzələlərinizi hərəkət etdirmək baxımından faydalıdır. Uzun müddət hərəkətsiz qalan əzələlərinizi birdən- birə hərəkət etdirməniz ağrılara səbəb olacaq. Bu, təbiidir. Ağrılar davam etsə də, idman hərəkətlərini dayandırmayın. Zaman-zaman bu ağrılarınızdan canınız qurtaracaq və əzələləriniz güclənəcək. Əlbəttə vücudunuzu həddən çox gücə salmaq ciddi zədələrə yol aça bilər.

2. İstirahət etmək üçün günlər təyin edin         

Fasiləsiz idmanla məşğul olmaq vücud zədələnmələrinə səbəb ola bilər. Eyni zamanda ara vermədən etdiyiniz idman sizi stressə salıb yora bilər. Fasiləsiz idman etmək sizi güclü etməyəcək. Buna görə ən azı həftədə 1 gün istirahət edin.

3. Yatmaq zəiflər üçün deyil

İdman edərkən əzələlərinizdə istədiyiniz nəticəni əldə edə bilmərsiz. Yatarkən qan dövranınız sürətlənir, böyümə hormonları hərəkətə keçir və toxuma bərpası başlayır.

4. Özünüzü başqası ilə müqayisə etməkdən əl çəkin            

Formaya girməyi başqası üçün deyil, özünüz üçün edirsiniz. Ətrafınızdakı qadınların hər gün neçə kilo arıqladığına önəm verməyin. Hər kəsin fərqli hədəfləri var. Nə edirsinizsə, özünüz üçün edin.

5. Sual verməkdən çəkinməyin                 

İdman zalındakı alətləri özbaşına hərəkət etdirməyə çalışmayın. Müəlliminizdən sual soruşmağa çəkinməyin.

6. Acacaqsınız               

İdman sayəsində daha çox kalori yandırmağı bacarsanız da, aclıq hissiniz artacaq. Yağsız, protein, sağlam yağlar, tam taxıl və təbii məhsullara üstünlük verməlisiniz.

7. Möhkəmləndirən içkilərə ehtiyacınız olmayacaq    

İdman edərkən tərlədiyinizdə itirdiyiniz kalori, şəkər və duz miqdarını geri qazanmaq üçün içkilərə ehtiyacınız olmayacağını düşünürsünüzsə, yanılırsınız. Ehtiyacınız olacaq! Ancaq adi su içməlisiniz. Əgər arada əlavə nəyəsə ehtiyacınız olduğunu düşünsəniz, buz yeyin.

8. Çəkiniz azalmaya bilər      

Əgər formada olmağı arıqlamaq kimi nəzərdə tutursunuzsa, bilməlisiniz ki, hər idman hərəkətindən sonra çəkiniz azalmaya bilər. İdmandan sonra yeməniz, əksinə, çəkinizin artmasına yol aça bilər. İdmandan sonra yemək yeməyin. Vücuddakı yağ yandıqca əzələ toxumasının qurulması çəki almanız kimi görünə bilər.

9. İdman zallarındakı insan sıxlığı gözünüzü qorxutmasın            

İlk getdiyinz günlərdə duş qəbul etmək üçün imkan tapmasanız, maşınınızı yerləşdirməyə yer tapmasanız, bundan narahat olmayın. İş vaxtına qədər idman zalına gələnlərin sayı daha çox olur. Bir az gözləyin. Zalın boşaldığını görəcəksiniz.

10. Paltar yuyan maşınınız dolub daşacaq         

İdman zalına gedərkən geyindiyiniz geyimlər sayəsində hamamınız kirli paltarlarla dolub daşacaq və bunları yumaq üçün də vaxtınız azdır.

11. Hədəfə çatmaq üçün vaxt lazımdır     

Əgər idmana yanvar ayında başlamısınızsa, fevralda böyük irəliləyiş gözləməyin. Əksinə, tələsməyin, səbrli olun, tələsməniz sağlamlığınıza ziyanlı ola bilər. İstədiyiniz vücuda bu il qovuşacaqsınız, ancaq tələsməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir