qida

Qışda immuniteti möhkəmləndirən – 6 stimullaşdırıcı

Baxış sayı: 449

Dekabr ayından orqanizm daha həssas olur və zəifləyir. Bir-iki dəfə xəstəlik, virus keçirən insanın immuniteti daha da yüklənir.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova immunstimulyatorları açıqlayıb.

Nermine Abbasova

Ev şəraitində kalsiferol tərkibli balıq, xüsusən, okean, dəniz məhsulları, süd məhsulları, yumurta, bitki yağları qəbul etmək lazımdır.

“Əhali arasında kəskin D vitamini əskikliyi var.

Eləcə də immunitetə vitamin C lazımdır.

Gündəlik rasion canlı mikroorqanizmlərlə zəngin kefir, qatıq, yoqurtla bol olmalıdır.

Qədimdə immun gücləndirici bəzi qida, giləmeyvə və bitkilər var.

Bunlar sünbül, buğda cücərtisi – sink, antioksidant və B qrup vitaminlə zəngindir.

İspanaq – onda olan folat orqanizmə yeni hüceyrələr yaratmağa və DNT-ni bərpa etməyə kömək edir. İspanağı çiy halda yeyin.

Brokkoli – hüceyrələri hətta xərçəngdən qoruyur. Qarnir kimi hər gün yeyin.

Nar – orqanizmi və qanı yeniləyir, ən güclü meyvədir.

Zəncəfil – özü, çayı antioksidant təsir edir, orqanizmi qoruyur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir