Bakıda ər həyat yoldaşının boğazını kəsib. Xəzər rayonu Şüvəlan qəsəbəsi Vidadi küçəsi 35 ünvanında 44 yaşlı Əfqan Ağayev həyat yoldaşı, 1985-ci il təvəllüdlü Lalə Ağayevanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. L. Ağayeva xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törədən Ə. Ağayev saxlanılıb. Onun xanımını qısqanclıq zəminində öldürməyə çalışdığı bildirilir.