qisqancliq

Qısqanclığın әn geniş yayılmış sәbәblәri vә onlardan qurtulmaq yolları

Baxış sayı: 995

Qısqanclıq – bizim üçün önәmli olan insanlar tәrәfindәn lazımi diqqәt, qayğı vә sevgi görmәdikdә yaranır. Sevdiyimiz şәxsin diqqәti, hörmәti vә sevgisi başqa obyektlәrә yönәldikdә biz bunu ağrı vә kәdәr hissi ilә qarşılayırıq. Qısqanclıq yalnız emosional әlaqә vә bağllıq olan insanlar arasında baş verir. Hәmin әlaqәlәrin kәsilmәsi qorxusu qısqanclıq hissinin peydә olmasına sәbәb olur.

Bir çox hallarda insanlar nәyisә itirdikdәn sonra onun dәyәrini anlamağa başlayırlar. Bu ifadәni işlәdәnlәr dә hәyatlarında vacib olanların dәyәrini onları itirdikdәn sonra analayan insanlardır. Buna görә dә bәzi cütlüklәrdә partnyorlardan biri bilәrәkdәn çәtin situasiyaların yaranmasına şәrait yaradır ki, qarşı tәrәf münasibәtlәri dәyәrlәndirmәyә başlasın. Hәmçinin bu cür metodlar münasibәtlәrin möhkәmliyini vә partnyor üzәrindә hakimiyyәtin gücünü yoxlamaq üçün istifadә edilir. Unutmaq lazım deyil ki, ifrat qısqanclıq tezliklә partnyorları bezdirәcәk, yoracaq vә onun münasibәtlәri tәrk etmәsinә sәbәb olacaq.

Aşağıda qeyd olunmuş siyahımızda qısqanclığın әn geniş yayılmış sәbәblәrini vә onlardan qurtulmaq yollarını sizә tәqdim edirik:

qisqancliq

1) Özünü aşağı qiymәtlәndirmә. İnsan özünü, şәxsi keyfiyyәtlәrini düzgün qiymәtlәndirmәyәndә, özünü başqaları ilә müqayisә etmәyә başlayır. Müqayisә zamanı insan avtomatik olaraqbaşqalarında ancaq müsbәt keyfiyyәtlәri görür vә özündә olan mәnfi cәhәtlәrlә müqayisә etmәyә başlayır.

2) Başqası üzәrindә sahibkarlıq hissi. İnsanlar münasibәtlәrә başlayanda partnyoru üzәrindә müstәsna hüquqlara malik olduğunu düşünürlәr vә parntyorun istәnilәn tәkbaşına atılmış addımı, qәrarı, şәxsi maraq vә şәxsi sirrlәri qәbul olunmaz olmağa başlayır. Bu hal düzgün deyil. Çünki istәnilәn insanın daxili “mәn”¬nә hörmәt etmәk lazımdır.

3) Tәnhalıq qorxusu.

4) Valideynlәrimizdәn aldığımız mәnfi örnәk. Uşaqlıqda tez¬tez valideynlәrimizin qısqanclıq münasibәtlәrinin şahidi olduqda, bizdә dә bu hiss tәrbiyyә olunur, xarakterimizә aşılanır.

Qısqanclığın olmaması üçün..."

Qısqanclıqdan azad olma üsulları:

1) Sevdiyiniz şәxsi qısqandığınızı etiraf edin vә bu hissdәn uzaqlaşmaq qәrarına gәlin.

2) Etiraf edin ki, sevdiyiniz şәxs sizin şәxsi mülkiyyәtiniz deyil vә onun azad seçim etmәk hüququ vardır.

3) Özünüzün unikallığınızı qәbul edin vә özünüzü başqa insanlarla müqayisә etmәyi dayandırın.

4) Özünüzün güclü keyfiyyәtlәrinizi inkişaf etdirәrәk özünüzdә әminlik hissini güclәndirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir