Qısqanclıq problemi bütün ailələrdə olmasa da, əksər cütlüklər arasında müşahidə olunan hal kimi diqqət çəkir. Kimsə bunu ailə həyatında yaşayır, kimsə hələ nişanlı olarkən bu çətinliklə üzləşir. “Gencaile.az” saytının “Evlisən” rubrikasında məhz bu haqda danışacağıq.
Qısqanclıq bəzən özünü heç bir tərəfə zərər verməyən qibtə, bəzən də hər iki tərəfə zərər verən həsəd şəklində göstərir. Evlilikdə qarışımıza çıxan qısqanclığı da eyni şəkildə iki qrupa ayırmaq olar: 1) Zərər verməyən qısqanclıq. 2) Zərər verən qısqanclıq.
Zərər verməyən qısqanclıq
Bu cür qısqanclığın bünövrəsində sevgi, həmçinin, bir-birinə sahib olmaq hissi yatır. Əgər bu cür qısqanclıqda ölçü varsa, evlilik üçün heç bir təhlükəsi yoxdur. Digər tərəfdən, bu cür qısqanclıqda bir tərəf qarşı tərəfin sevgisini itirmək qorxusu da yaşamır.
Zərər verən qısqanclıq
Bu cür qısqanclıq bir tərəfin qarşı tərəfə həddindən artıq bağlı olmasından, həmçinin, bir tərəfin qarşı tərəfin sevgisini itirmək qorxusundan irəli gəlir. Ona görə də, bu cür qısqanclığın evlilik üçün təhlükəsi çoxdur.
Bu cür qısqanclıqda qısqanan tərəf qarşı tərəfi mütəmadi olaraq nəzarət altında saxlayır. Qarşı tərəfin getdiyi yerlərlə, danışdığı insanlarla maraqlanır. Xoşlamadığı bir vəziyyətlə qarşılaşdıqda sərt reaksiya göstərir.
Bəzi tərəflərdə isə vəziyyət daha da kəskindir. Bu cür tərəflər üçün şübhə, tərəddüd, stress adi haldır. Bu cür tərəflərdə aldanmaq və ya aldadılmaq qorxusu da çoxdur.
Halbuki, qısqanclıq qarşı tərəfə zərər vermədiyi təqdirdə normal bir hissdir. Hətta bəzən bu cür qısqanclıq evlilik üçün faydalıdır. Bu məsələdə başqa bir məqam isə qısqanan tərəfin nə üçün qısqandığını bilməsidir.
Qısqanan tərəf nə etməlidir?
– Qısqanan tərəf hər şeydən əvvəl qısqandığını qəbul etməlidir.
– Hisslərini nəzarət altında saxlaya bilməsə belə, hərəkətlərini nəzarət altında saxlamalıdır.
– Unutmayın ki, sədaqətin ilk şərti sevgidir. Buna görə də, qarşı tərəfin sədaqətini qazanmaq istəyən tərəf, ilk növbədə, qarşı tərəfin sevgisini qazanmalıdır.
– Qısqanan tərəf qısqanılan tərəflə danışmalı və problemi qısqanılan tərəflə bir yerdə həll etməlidir.
Qısqanılan tərəf nə etməlidir?
– Qısqanılan tərəf hər şeydən əvvəl səbirli olmalıdır. Çünki qısqanan tərəfin qısqanılan tərəfə qarşı sərt reaksiya göstərməsi təbiidir. Hətta lazım gəlsə, bir mütəxəssisdən kömək də ala bilərsiniz.
– Sevgi artdıqca qısqanclıq da azalır. Buna görə də, qısqanılan tərəf qısqanan tərəfə sevildiyini hiss etdirməlidir.
– Qısqanılan tərəf ona verilən suallara dəqiq və konkret cavab verməlidir.
– Qısqanılan tərəf nə üçün qısqanıldığını bilməlidir. Bu daha çox problemi daha asan həll etmək üçün vacibdir.
PS. Əgər problemi bir yerdə həll etməkdə çətinlik çəkirsiniizsə, bir mütəxəssisdən də kömək ala bilərsiniz.
Təqdim etdi: FATEH