noxud

Qiyməli göy noxud – RESEPT

Baxış sayı: 1. 905

Ərzaqlar:

250 q çəkilmiş ət

2 ədəd baş soğan

2 ədəd kartof

2 ədəd pomidor

2 diş sarımsaq

2 x.q əridilmiş kərə yağı

1 st göy noxud (konserv olunmuş)

2,5 st isti qaynadılmış su

Duz

Istiot
Hazırlanması:

* Soğan ilə sarımsağı təmizləyib yuyub xırda doğrayırıq.

* Tavada soğanı, sarımsağı və çəkilmiş əti 5-6 dəqiqə qovururuq.

* Kartofun qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

* Pomidoru yuduqdan sonra qabığını soyub xırda doğrayırıq.

* Qiyməni qovurduqdan sonra üstünə pomidor ilə kartofu əlavə edib 5-10 dəqiqə yenidən qovururuq.

* Sonra üstünə suyunu töküb bişiririk.

* Kartof bişməyə az qalanda göy noxudu tökürük. 10-15 dəqiqə bişirib götürürük.

* Hazır olmağa az qalmış zövqə görə duz və istiotunu əlavə edirik.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir