abort

“Qız yükü, duz yükü” və ya dünyada lider olduğumuz selektiv abort

Baxış sayı: 767

Qız uşaqlarının doğulmadan öldürülməsi müasir zamanda cins-selektiv abort təcrübəsi bu gün Azərbaycanda özünü əhəmiyyətli dərəcədə göstərib. Maraqlısı budur ki, Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir. Bu barədə bir müddət əvvəl BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev bildirmişdi. Onun sözlərinə görə, Azərbaycan 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini artıq üstələyib. Babayev bildirib ki, bütün selektiv abortlar kriminal abortlardır. Çin, Hindistan və Pakistan kimi bir çox ölkədə qız uşaqlarının doğulmadan öldürülməsi böyük narahatlıq doğurur.

Qız uşaqlarının doğulmadan öldürülməsi təcrübəsi böyük tarixə malikdir. Hələ 1871-ci ildə Çarlz Dravin “İnsanın mənşəyi və cinsi əlaqədə seçmə” kitabında bu təcrübənin Avstraliyanın aborigen qəbilələri arasında geniş yayıldığını yazırdı.

17-ci əsrdə Matteo Ricci qeyd edirdi ki, Çinin bir çox əyalətində qız uşaqları ya doğulana qədər, ya da doğulduqdan sonra dərhal öldürülür, yandırlır.

19-cu əsrdə də Çində qız uşaqlarının öldürülməsi adi hal idi. Tarixi mənbələrə baxdığımız Çində qızları “boğaraq öldürmə” üsulunun geniş yayıldığının şahidi oluruq. İstifadə edilən digər bir üsul isə aclıq idi.

Bir müddət sonra buddistlər tərəfindən uşaqların tərk edilməsi üçün “uşaq qüllələri” yaradıldı. Hətta qızlar “pul itirən sərvət” adlandırıldırdı. Hindistanda isə qızları cehizə görə, öldürürdülər. Kənd yerlərində yaşayan yoxsul ailələr uyğun cehiz yetişdirə bilmədiyi üçün qız uşaqlarını doğulmadan öldürürlər. Hindistanda müstəmləkə dövründə qız uşaqlarının öldürülməsi daha çox Şimal-Qərbdə baş verib.

Qadın hüquqları müdafiəçisi Donna Fernandes deyirdi ki, bəzi təcrübələr Hindistan mədəniyyətinə o qədər dərin kök salıb ki, “onlardan qurtulmaq demək olar ki, mümkün deyil” və o, Hindistanın “qadınların soyqırımı” formasını yaşadığını qeyd edir. Birləşmiş Millətlər Təşkilatı da Hindistanı qızlar üçün ən ölümcül ölkə elan edib.

Ümumiyyətlə dünyanın bir çox ölkələrində qız uşaqları artıq yük kimi görülür, doğulmadan öldürülür. Bu təcrübə Ərəbistanda hələ 7-ci əsrdə var idi. Araşdırmalarda da iqtisadi fayda oğlanların qızlardan daha dəyərli olduğunu göstərir. Çünki kişilər çalışıb evə pul gətirə bilirlər. Ailədə oğulların olması bir çox mədəniyyətlər üçün nəsil irsini davam etdirmək üçün məcburidir.

abort

Avropa və Asiyanın sərhəddində, Qara və Xəzər dənizləri arasında yerləşən bir bölgə

Qafqaz “kişilərin üstünlük təşkil etdiyi bölgə” adlandırılır. İddialara görə, bu bölgələrdə son illərdə ailələr kiçildikcə oğul övlad sahibi olmaq üçün təzyiqlər artır. 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılmasından əvvəl Azərbaycan, Ermənistan və Gürcüstan kimi Qafqaz ölkələrində doğum cinslərinin nisbəti 105-108 arasında idi. Dağılmadan sonra doğum cinsi nisbətləri kəskin şəkildə yüksəldi və son 20 ildə yüksək olaraq qaldı.

Azərbaycan, Ermənistan və Gürcüstan 21-ci əsrin ilk onilliyində doğum cinsləri nisbətinin ciddi şəkildə balanssız olduğu müşahidə edilir.

“The Economist” nəşrinin məlumatına görə, Gürcüstanda 2005-2009-cu illər üçün doğum cinsinin nisbəti təxminən 120-yə qədər göstərilib. “The Economist” iddia edir ki, son illiklərdə Qafqazda cinsi seçmə abort praktikası Şərqi Asiya və Cənubi ölkələrdəki kimi olub. Jurnalda dərc olunan məqaləyə görə, 2017-ci ildə regionda cins nisbəti Azərbaycan 109, Ermənistan üçün 112, Gürcüstan üçün 107-dir.

Qız uşaqlarının abort edilməsnijn səbəbləri demək olar ki, bütün dünyada araşdırılır. Bəzi tədqiqatçılar iqtisadi şəraitdən daha çox mədəniyyətə üstünlük verirlər.

Ümumiyyətlə, informasiya dövründən əvvəl əl əməyini və ailə nəslinin davamını təmin etdikləri üçün oğlan körpələrə üstünlük verilirdi. Qadın döllərinin selektiv abortları ən çox mədəni normaların müxtəlif sosial və iqtisadi səbəblərə görə oğlan uşaqları qız uşaqlarından üstün tutduğu ərazilərdə baş verir.

Cinsi selektiv qadın abortları müəyyən ev təsərrüfatlarında qız uşaqlarının öldürülməsi və ya doğuşdan sonrakı sağlamlıq xidmətlərindən məhrum edilməsi praktikasının fərqli formada davamıdır.

Bəzi mədəniyyətlərdə oğulların qocalıqda valideynlərinə qayğı göstərmələri gözlənildiyi üçün oğul övladına üstünlük verilir.

 

20-ci əsrdə qadınların hüquqi və sosial vəziyyəti xeyli yaxşılaşsa da, yenə də oğlan uşaqlarına üstünlük verilir. Bu proses isə, bu gün özünü Azərbaycanda daha real şəkildə sübut edir…

Qız uşaqları dünyaya gəlmədən qətl edilir…

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir