GUL

Qızılgül, yasəmən, darçın… – ƏTİRLİ MÜALİCƏ ÜSULU

Baxış sayı: 1. 622

Beyninizin sakitləşməsi üçün bir çox yol var. Bunlardan biri də aromaterapiya, yəni ətir müalicəsidir.

Ətirlərin beyinə təsirləri tədqiqatlar nəticəsində sübut olunmuşdur. Siz də sakitləşmək üçün bu ətirlərdən istifadə edin:

 

Darçın

Sakitləşmək üçün yüksək təsirə malik bitkilərdən biri darçındır. Onun həm ətri, həm çayı insana müsbət enerji verir.

 

Yasəmən

Yasəmənin sakitləşdirici təsiri vardır. Yatmadan əvvəl yastığınızın üzərinə bu bənövşəyi çiçəklərdən qoyun. Rahat yuxu yatmağınızı təmin edəcək.

 

Sitrus meyvələri

Sitrus meyvələrinin ətri insanın əhvalını yaxşılaşdırır, stressi azaldır. Səhərlər günə başlamaqda çətinlik çəkirsinizsə və gərgin olursunuzsa, o zaman bir fincan qəhvə yerinə portağal suyu için.

 

Vanil

Vanilin çox qədim dövrlərdən bəri xoşbəxtliyi artırmağa və əhvalın yüksəlməsinə yardımçı olduğu məlumdur. Onun ətri insana rahatlıq verir.

 

Qızılgül

Bu gülün ətri ən yaxşı təbii antidepressantlardan biridir. Qızılgülün ətri əhvalı yüksəltmək, baş ağrısını azaltmaq xüsusiyyətlərinə malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir