Bu günlərdə əksər xəbər saytlarında son illərdə ölkəmizdə oğlanlara qız, qızlara isə oğlan adlarının qoyulması barədə xəbər yayılmışdı.
Məsələ ilə bağlı “Gencaile.az”ın əməkdaşının sorğusuna cavab verən Ədliyyə Nazirliyi faktı təsdiqləməyib.
Nazirlikdən sorğuya verilən cavabda deyilir:
– Qızlara Həsənağa, Həsən adlarının verilməsi, Nizami adının isə son 5 (beş) ildə uşaqlara qoyulmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron poçtuna daxil olmuş müraciətinizə baxılmışdır.
Bildiririk ki, Həsənağa və Həsən adının qızlara verilməsi, eləcə də son beş ildə Nizami adının uşaqlara qoyulmaması barədə məlumatların Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilməsinə dair müxtəlif internet səhifələrində qeyd olunan məlumatlar yalnışdır.
Məlumat veririk ki, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində elekron xidmətlər bölməsinə daxil olmaqla Azərbaycan adları barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Hazırladı: Şəhriyar Əhmədov