ETIR

Qızların biganə qala bilmədiyi 5 möhtəşəm kişi ətri – FOTOLAR

Baxış sayı: 1. 589

Kişilər ətir alarkən sadəcə özlərinin zövqünə uyğun olan qoxulara üstünlük vermirlər. Onlar birlikdə olduqları xanımın da ətir zövqünü nəzərə alırlar. Qadınların qəlbini ovsunlamaqdan həmişə zövq alan kişilər isə heç bir qızın biganə qala bilməyəcəyi əfsanələşmiş ətirləri almağa çalışırlar.

Bu əfsanəvi ətirlərdən xəbərsiz olanlar isə qadınları özlərinə cəlb etmək əvəzinə, onları uzaqlaşdıra bilərlər.

“Gencaile.az” hər bir qadının ürəyini fəth etməyi vəd edən 5 möhtəşəm kişi ətrini təqdim edir:

 

“Dolce & Gabbana”

Dolce&Gabbana

Reyhan, lavanda, bal, tütün, səndəl və sərv ağacının qoxuları ilə hər kəsi valeh edən “Dolce & Gabbana”nın “Intenso” ətri qadınların arzu və ehtiraslarını hərəkətə gətirir. Qadınların zehnində seksual bir obraz yaratmaq istəyən kişilər bu ətirdən istifadə etməlidirlər.

 

“Dior”

Dior

Tünd qoxuya sahib olsa da, hər bir qadının diqqətini çəkməyinizə kömək edəcək. Diqqət mərkəzində olmaq istəyən kişilər üçün ideal seçimdir.

 

“Hugo Boss”

Hugo Boss

Bu əfsanəvi ətrin adı da tərkibi də dəyişib. “Boss Bottled Collector’s Edition” adı ilə istehsal edilən yeni versiya vanil, gavalı, limon, alma, darçın, səndəl ağacı notlarından ibarətdir. Tərkibinin dəyişməsinə baxmayaraq, ətir yenə də əvvəlki təsirini qoruyub saxlayıb. İlk görüşdə qarşınızdakı qadının ağlını başından almaq istəyirsinizsə, bu ətir sizin köməyinizə gələcək.

 

“Boudicca wode”

Boudicca Wode

Bu ətri afrodizyak da adlandırmaq olar. Çünki insanda şəhvət hissi oyandıran qoxular yayır. Ardıc, qırmızı və qara bibər, jasmin, zəfəran, tütün kimi qoxuların birləşməsindən yaranan bu parfum həm kişiləri, həm də qadınları özünə məftun edir. Daha doğrusu bu ətirdən istifadə edən kişilər qadınları özlərinə maqnit kimi çəkməyə başlayırlar.

“Le Labo”

Le Labo

Bu ətirin əsas notunda gül qoxusu yer alır. Gül dedikdə, ilk öncə qadınlar ağlımıza gəlsə də “Le Labo Rose 31” gülün valehedici qoxusunu kişilərin istifadəsinə verir. Bu ətir romantikaya üstünlük verən xanımları cəlb etmək üçün ideal variantdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir