DONDURMA

Qızmar istidə dondurma yemək təhlükəlidir? – HƏKİM RƏYİ

Baxış sayı: 369

“İsti havada dondurma yemək insan üçün mənfi nəticələrə gətirib çıxara bilər”.

Bunu MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir.

Onun sözlərinə görə, isti havada dondurma yemək boğaz ağrısının sürətlə inkişafına səbəb ola bilər.

Nermine Abbasova

“İsti havada dondurma yeyəndə hərarətin güclü düşməsi və selikli qişanın qəfil yerli hipotermiyası müşahidə olunur. Nəticədə damarlarda spazma yaranır. Ən çox qoruyucu hüceyrələrin – leykositlərin əmələ gəldiyi badamcıqlar stresə məruz qalır”, – deyə mütəxəssis izah edir.

Nəticədə immun hüceyrələrin fəaliyyətinin azalması səbəbindən şərti patogen mikroflora sürətlə çoxalmağa başlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir