Müasir tibdə qocalma ilə bağlı geniş araşdırmalar aparılır. Alimlər qocalmanı ləngitmək, qocalıqda inkişaf edən xəstəliklərin qarşısını almaq üçün müxtəlif “yaş əleyhinə” (“anti-age”) proqramlar hazırlayır.
Bu proqramların əsas tərkib hissələrindən biri düzgün qidalanmadır. Araşdırmalar nəticəsində herontoloqlar (qocalığı araşdıran və qoca insanların sağlamlığı ilə məşğul olan mütəxəssislər) belə qərara gəliblər ki, bəzi vitamin və minerallar anti-age təsirə malikdir. Herontoloqlar bütün insanlara qocalığı “aldatmaq” üçün tərkibində bu vitamin və minerallar olan qidaları öz qidalanmasına daxil etməyi tövsiyə edirlər.
Beləliklə, “Gencaile.az” saglamolun.az-a istinadən qocalığı ləngidən vitamin, mineralları və onların mənbələrini təqdim edir:
– B6 (lobya, qoz, çaytikanı)
– B12 (treska, okun, karp balıqları)
– K (ispanaq, brokoli, gül kələmi)
– D3 (balıq yağı, yumurta sarısı)
– Fol turşusu (brokkoli, ispanaq, sitrus meyvələri)
– Omeqa-3 (siyənək, skumbriya, kətan yağı, qoz, avokado)
– kalsium (kəsmik, pendir, qatıq, kefir)
– maqnezium (boranı tumları, küncüt, qarabaşaq, yulaf yarması)
– sink (qarabaşaq, lobya, noxud, araxis)
– selen (braziliya qozu, sarımsaq, şampinyon, qarğıdalı)
– yod (dəniz yosunları, okun və mintay balıqları)
Spirtli içkilər, şəkər və trans-yağlar (marqarin, spred və s. süni yağlar) qocalma proseslərini sürətləndirir.