vanna

Qocalmaq istəmirsinizsə, isti vanna qəbul edin!

Baxış sayı: 1. 058

İngiltərə alimləri araşdırmalar zamanı aşkar ediblər ki, sadə gigiyenik prosedur olan isti vannalar qocalma proseslərini ləngidir. İsti vanna qəbulu zamanı stress hormonu kortizolun səviyyəsi aşağı düşür və bu da qocalma proseslərini gecikdirir.

Kortizol qocalma prosesində əsas rollardan birini oynayır.  Kortizolun yüksəlməsi zamanı ürək-damar sistemini və ağciyərin fəaliyyəti artır, onlar daha gərgin rejimdə işləməyə başlayır, immun, həzm və reproduktiv sistemlərinin fəaliyyəti isə əksinə zəifləyir.

Xroniki stress zamanı kortizolun səviyyəsi qanda daim yüksək olur ki, bu da sadaladığımız orqan və sistemlərinin qocalmasına səbəb olur.

Həmçinin kortizolun yüksək səviyyədə olması əzələ və sümük toxumasının qocalmasına, qan təzyiqinin və qanda şəkərin qalxmasına səbəb olur.

İsti vannalar kortizolun və qanda şəkərin səviyyəsini aşağı salır. Lakin nəzərə almaq lazımdır ki, isti vannalar bəzi xəstəliklər zamanı (sistit, sidik-cinsiyyət sistemi xəstəlikləri, babasil, bəzi dəri xəstəlikləri və s.) ziyanlıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir