duz

Qocalmaq istəməyənlər duz yeməsin

Baxış sayı: 1. 476

Duzlu qidalar orqanizmin qocalma prosesini tezləşdirir. Amerikanın Corciya Universitetinin alimləri bunu təcrübə yolu ilə müəyyən ediblər. Təcrübədə duzun insan orqanizminə təsirini aşkar etmək üçün 14-18 yaş arasında 766 yeniyetmə iştirak edib. Araşdırmanın gedişatında alimlər insan orqanizminin vəziyyətini öyrənib, orqanizmdə telomerlərin uzunluğunu ölçüblər.

Telomerlər xromosomun sonluqlarıdır ki, müdafiə funksiyasını yerinə yetirirlər. Onların uzunluqları orqanizmin vəziyyətinin göstəricisidir. İldən-ilə orqanizm qocalır və telomerlər qısalır.

Araşdırma zamanı alimlər aşkar ediblər ki, gündəlik qida zamanı 5 qramdan artıq duz qəbul edən insanlar artıq çəkidən əziyyət çəkir və onların telomerləri qısalır.

Nəticədə alimlər bu qənaətə gəliblər ki, qocalma prosesini gecikdirmək üçün gündə 5 qramdan çox olmamaq şərtilə duz qəbul etmək olar.

Qeyd edək ki, artıq Amerikanın bəzi şəhərlərində və bəzi Avropa ölkələrindəki yeməkxanalarda masa üstünə duzqabı qoyulmur. Ancaq müştərinin tələbi olarsa, ona duz verilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir