Payızı zənnimcə hər kəs öz xarakterinə uyğun qavrayır, bəziləri üzün o, sakit və rahatladıcı, digərləri üçün üzücü və melanxolik, başqaları üçün isə coşğun və burulğanlı, mənim üçün isə rəngli və əlvandır.
Yanaşmanızı necə qursanız, hər bir ay və fəsil də sizin üçün elə keçər. Payızı özünüz üçün sevimli, əlvan və nikbin etmək istəyirsinizsə, payızın müsbət çalarlarını həyatınıza daşıyın.
Hətta, siz fəsillərin dəyişimi çox da hiss olunmayan bir məkanda yaşasanız belə payız əhval-ruhiyyəsini öz ev dekorunuzda müxtəlif əşyalardan istifadə etməklə yarada bilərsiniz. Amma Bakıda, eləcə də Azərbaycanın digər bölgələrində payız rəngləri və tonları çox gözəl sezilir.
Təbii torpaq rəngləri, həmçinin narıncının və qızılı rəngin müxtəlif tonları payızda ən optimal seçimlərdir. Onları dekora uyğunlaşdırmaq üçün müxtəlif aksessuar və elementlərdən yararlanmaq olar. Həmçinin evdə yarpaqlar, meyvə, balqabaq və digər təbii dekorasiyadan istifadə etmək olar. Olduğunuz məkana yeni bir hava, yeni bir görünüş bəxş etməkdən daha gözəl nə ola bilər?
Beləliklə, “Gencaile.az” saytının “Evin işi” rubrikasında qonaq otağı üçün 21 payız dekorasiyası təqdim edirik.