gul

Qoxular niyə xatirələri canlandırır? – ELMİ İZAH

Baxış sayı: 1. 164

Bəzən bir qoxu duyarsız və birdən-biri sizi uşaqlığınıza aparar. Sadəcə bir anlıq keçmişə aid bir kadr, bir hiss dolar içinizə. Bəs bu, necə baş verir? Bir qoxu bunu necə edə bilir ?

 

Qarışıq duyğular

Qoxu alma duyğusu ən qədim duyğudur. Görmə, eşitmə və hətta toxunma duyğusundan əvvəl canlıların ətrafdakı kimyasallara qarşı reaksiya verə bilməsi üçün qoxu duyğusu yaranıb.

İnsanda qoxu almağa kömək edən 1000-dən çox alıcı var. Bunlar yaşadığımız müddətcə yenilənir və vərdiş etdiyimiz qoxulara görə dəyişir. Bu da çox sayda fərqli qoxuları bir-birindən ayırd etməmizə kömək edir.

 

Hafizə və qoxu

Beyində qoxulara xidmət edən və “qoxu alma soğanı” adlanan bölgə beyin çıxıntısı ilə(hipokamusla) yan yanadır. Dənizatı şəklindəki bu soğan beyin pərdəsindən (korteks) gələn bütün bilgilərin toplandığı yerdir.

Hipokampusun yeni hadisələr üçün hafizə yaratmaqda önəmli bir funksiyası olduğu müəyyənləşib.

Qoxu alma soğanı, yəni qoxunun beyindəki yeri hafizənin qaynağı olan hipokampusla yan-yana olduğundan qoxular bəzi anları “çağırır”.

 

Dərinlərə dalmaq

Duyğular arasında qoxunun əsas özəlliyi beynin daha dərinliyinə getməsidir. Digər duyğular beynin orta bölümü talamusa keçsə də, qoxu mərkəzi funksiyanı yerinə yetirən beynin orta bölümünə keçmədən beynin soğan bölümünə keçər. Beynin soğan bölümü də bilgilərin toplandığı yerdir.

 

Qoxuları kəlmələrlə ifadə etmək çətinliyi, ya da bir qoxunun dərinlikdə qalan bir anı canlandırması bununla əlaqələndirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir