qoz murebbesi

Qoz mürəbbəsini belə hazırlayın

Baxış sayı: 1. 387

Havalar isindikcə mürəbbə hazırlama prosesi də yavaş-yavaş başlayır. Soyuq qış aylarına hazırlıq görmək istəyən xanımlar artıq hansı mürəbbəni hazırlayaq sualı ətrafında düşünür. Məhz bu səbəbdən bu gün sizə qoz mürəbbəsinin hazırlanma qaydasını təqdim edirik.

 

Tərkibi:

Yaşıl,sütül emal edilmiş qoz –45 ədəd

Şəkər tozu –1kq

Su–hər 45 ədəd qoza 800ml

Əhəng –götürüləcək suyun hər litrinə 70qr

Zəy.–suyun hər litrinə 10qr

Limon duzu–3qr

Ədviyyatlar– hil, darçın çubuğu, mixək zövqə görə.

 

Qoz mürəbbəsinin hazırlanma qaydası:

May aylının sonları və iyun ayının əvvəlləri qoz mürəbbəsinin hazırlanma vaxtıdır. Bazardan alırıq və ya ağacdan toplayırıq qabıqlarını soyub 10 gün gündə 4-5 dəfə suyunu dəyişmək də olar və yaxud nazık su şırnağı altında saxlayırıq 9-cu gün səhər qozumuz üçün əhəngli məhlul hazırlamalıyıq. Bunun üçün qozlarımızın üzərinə onu 5 sm örtəcək şəkildə su alırıq və suyu boşaldıb litrini ölçürük Suyun hər litrinə 70 qr. əhəng götürüb məhlul düzəldirik və qapağını örtüb 12 saat durulmağa qoyuruq 9 cu günün sonunda durulan əhənglu suyu bir tənzifdən süzərək qozlarımızın üzərinə tökürük 12 saat tez-tez qarışdırmaq şərti ilə qozlarımızı ticaba qoyuruq. 10-cu gün səhər qozları ticabdan çıxarıb yaxşı-yaxşı yuyub 5 saat da axar suyun altında saxlayırıq Ara-sıra gəlib onları iki ovcumuzun içində sürtüb yuyuruq.Bundan sonra qozlarımızı 3-4 yerdən içərisinə keçmək şərti ilə deşdəkləyirik. Deşdəkləyəndən sonra qozlarımızı 20 dəqiqə zəyli suda qaynatmalıyıq.Biz sizinlə suyun litrini ölçmüşdük . Həmin hesabla suyun hər litrinə 10qr olmaqla zəyli məhlul hazırlayırıq. Qozlarımızı zəyli sudan çıxarıb 1 saatlıq yenə axar suyun altına qoyuruq. 1 saatdan sonra qozlarımızı təmiz suda 30 dəqiqə qaynadırıq. Qaynama müddətini su qaynara düşəndən hesablayırıq. Qozlarımız mürəbbə olmağa tam hazırdır. Bunun üçün ya saya bilərik ya da 1 litrlik bankadan ölçü vahidi kimi istifadə edə bilərik. Əgər saysanız hər 45 qoza 1 kq şəkər 800ml su hesabı ilə şərbət hazırlayırıq. Mürəbbəmizi 12 saatlıq fasilələrlə 4 dəfəyə, hər dəfə qaynara düşəndən 20 dəqiqə müddətinə bişirəcəyik. Aradakı fasilələr imkan verir ki, qozlarımız öz vitaminini, suyunu şərbətə versin hər bir qoz da şərbətlə dolsun.Bunu 3 dəfə təkrarlayırıq 4 -cü dəfə hazır olana qədər qaynadırıq. Sonuncu dəfə hazır olmağa 15 dəqiqə qalmış mürəbbəmizin içinə 6-7 ədəd mixək, 1 çubuq darçın 1 limonun qabığını, 3 dolu xörək qaşığı gülüb tökürük. hazır olmağa 5 dəqiqə qalmış 1 iri limonun suyunu mürəbbəmizə tökürük . Limonun qabığını, ədviyyatlarımızı çıxarıb isti-isti sterilizə etdiyimiz bankalara töküb tərs çeviririk soyuyandan sonra həyət dolabına qoyuruq .




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir