qrip

Qrip hansı fəsadlara yol aça bilər?

Baxış sayı: 967

Havaların soyuması ilə əlaqədar insanların səhhətində də müəyyən problemlər yaranır. Payız, qış mövsümündə isə insanlar tez-tez qripə yoluxurlar.

Maralıdır, qrip hansı fəsadlara yol aça bilər?

Terapevt Ramil Həsənli bildirir ki, qrip zamanı profilaktik tədbirlər görülməzsə, ciddi fəsadlara yol aça bilər:

“Qrip, əsasən influenza virusunun səbəb olduğu bir xəstəlikdir. Bu xəstəlik daha çox payız, qış aylarında özünü büruzə verir. Qripin əsas əlamətləri temperatur, öskürək, boğaz ağrısı, titrətmə, burun axması və ya tutulması, halsızlıq və digər hallarla özünü göstərir. Bu viruslarda ən çox görülən əlamətlərdən digəri də quru öskürəkdir. Virus öskürək, asqırmaq və hava damcı yolu ilə insanlara keçə bilir. Hətta xəstənin istifadə etdiyi əşyadan da virusun keçmə ehtimalı yüksəkdir. Qrip zamanı hansısa müalicəni almağa ehtiyac yoxdur. Çünki virus 3-5 gün ərzində yavaş–yavaş candan çıxır. Qrip zamanı antibiotiklər içmək məsləhət deyil. Bu, immun sistemini daha da zəiflədəcək”.

Həkimin sözlərinə görə, qrip hətta ölümə səbəb ola bilər:

“Bədənin immun sistemi zəifdirsə, yaxud xərçəng xəstəsinizsə, qrip ölümə də səbəb ola bilər. Bundan başqa, ürək-damar, diabet təzyiq xəstəsi, qrip virusu zamanı diqqətli olmalıdır. Xəstə təmizliyə diqqət etməli, tez-tez əllərini yumalı və ciddi xəstəliklərlə bağlı problem yaşayırsa, həkiminə müraciət etməlidirlər. Bundan başqa, xəstəliyin kəskinləşməməyi üçün, özünü soyuqdan qorumalı, yeməyinə diqqət etməli, çoxlu maye qəbul etməli dincəlməli meyvə və tərəvəz istifadə etməlidirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir