qrip

Qripdən qurtulmaq üçün 5 addım

Baxış sayı: 2. 234

Payız gəlibsə, deməli, yağışlı, küləkli, soyuq havaları ilə yanaşı qrip kimi gec sağalan də özü ilə gətirir. Bəs necə etmək olar ki, tez bir zamanda bu xəstəlikdən yaxa qurtarıb, payızı doya-doya yaşayasınız? Çətinliklə öhdəsindən gəlinən sadə görünən bu xəstəlikdən 5 addımda azad olmağın yollarını təqdim edir.

 

Soyuqdəyməyə qarşı C vitamini

Qripin əlamətləri özünü birinci üşütmə, soyuqdəymə şəklində göstərir. Və bu zaman ən yaxşı müalicə C vitaminli qidalar qəbul etməkdir. Çünki C vitamini antioksidandır və immuniteti gücləndirir. C vitamini bədənimizdə olmadığı üçün hər gün qidalarla onu qəbul etməliyik. Bu vitamin limon, portağal kimi narıncı qidaların, qırmızı və yaşıl bibər, cəfəri, pomidorun tərkibində çox olur.

 

Sağlam bağırsaqlar və güclü immunitet ilə qripə qalib gəlin

İmmunitetin güclü olmasının əsas səbəbi sağlam bağırsaqlardır. Buna görə də gündəlik qidalanmada ayran, qatıq və kefir qəbul etmək yaxşı olar. Xüsusən də, axşam yatmazdan əvvəl bu qidaları qəbul etmək daha təsirlidir.

 

Bol-bol su için

Havalar soyuyur deyə içdiyiniz suyun miqdarını da azaltmayın. Bu haqda əvvəlki yazılarımızda bəhs etmişik. Və qriplə mübarizədə də su özünü göstərir. Su bədənin istiliyini tənzimləyir və böyrəklərin düzgün işləməsini təmin edir.

 

Payız depressiyasına qidalanma ilə cavab verin və qripdən azad olun

Payızı soyuq, küləkli, yağışlı və xəstəliklərinə görə, adətən, depressiya fəsli kimi təqdim edirlər. Amma bu doğru deyil. Depressiya kimi qəbul edilən vəziyyəti beyindən atmaq üçün sadəcə və sadəcə yaxşı qidalanmaq lazımdır. Əsasən də ruh düşkünlüyü B vitaminləri qrupu çatışmayanda yaranır. Bu vitaminlər qrupu ət, dəniz məhsulları, yumurta və pendirdə bol-bol var. Payızla balıq mövsümü də başlayıb, buna görə də artıq həftədə 2 dəfə balıqla qidalanmaq gərəklidir. Çünki balığın tərkibindəki omega-3 immuniteti gücləndirir və qripə yoluxma halı azalır.

 

Hər qidanı mövsümündə yeməli

Hər zaman mövsümə uyğun qidalar qəbul etmək daha çox fayda verir. Çünki həm bədən təbii qidalarla qidalanır, həm də ehtiyacı olan vitaminləri, mineralları təbii şəkildə qəbul edir.

 

Qripə yoluxmamaq üçün payızda hansı aylarda hansı qidalar qəbul edilməlidir? 

• Payızda yeyilməli olan vacib qidalar: kök, xiyar, təzə lobya, yaşıl bibər, badımcan, göbələk, qarğıdalı, nanə, cəfəri, reyhan, boranı, pomidor, soğan, şaftalı, üzüm, əncir, təzə qoz, fındıq.

Oktyabrda

Yeyilməsi vacib olan tərəvəz və meyvələr: kök, xiyar, yaşıl bibər, badımcan, qırmızı bibər, yer alması, gül kələmi, kələm, nar, üzüm, əncir, armud, şabalıd, fındıq, qoz.

Noyabrda

Yeyilməsi vacib olan tərəvəz və meyvələr: kələm, kərəviz, kök, gül kələmi, ispanaq, boranı, yer alması, soğan, nanə, cəfəri, kahı.

 

P.S. Əgər qripə yoluxmusunuzsa, təzə nanəni qaynadıb, içinə də limon əlavə edərək gün ərzində bol-bol için. Nəticəni isə tez bir zamanda görəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir