qulaq

Qulaq infeksiyalarını aradan qaldıran təbii üsullar

Baxış sayı: 1. 033

Qulaq ağrısı orta qulağın infeksiyası xəstəliyidir. Qulağın iltihabi prosesi isə otit adlanır. Xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyaları – soyuqdəymə və qripdən sonra yaranır. Ümumi infeksion xəstəliklər, məsələn, kəskin respirator virus infeksiyası və immun sistemin zəifləməsi də qulaq iltihabına səbəb olur. Bununla yanaşı, burun-udlaqda baş verən adenoid və burun çəpəri əyriliyi kimi patologiyalar da otitlərin əmələ gəlməsinə zəmin yaradır.

Həmçinin, suda üzərkən və ya suya baş vurarkən, hündürlüyə qalxarkən (enərkən) atmosfer təzyiqinin kəskin dəyişməsi qulağın təbil boşluğundakı təzyiqə təsir edir və nəticədə buradakı selikli qişanın zədələnməsinə və iltihabi prosesin yaranmasına səbəb olur.

Otitlər daha çox uşaqlarda müşahidə olunur. Bu da onların burun-udlağının anatomik quruluşundan, immunitetinin zəifliyindən asılıdır.

Hər cür qulaq infeksiyası qulaq cingildəməsinə yol açır. Bu yazıda qulaq iltihabını aradan qaldıran təbii müalicə üsullarını təqdim edirik:

 

1. Alma sirkəsi

Alma sirkəsi qulağın ph dəyərini tarazlaşdırmaq üçün çox yaxşı təbii vasitədir. Qulaq üçün damcı butulkasını təmizləyib sildikdən sonra içinə alma sirkəsi tökün. Bu şüşədən infeksiyalı qulağınıza bir neçə damcı damcıladın. Qısa müddətdən sonra qulağınızın yaxşılaşdığını və ağrınızın yüngülləşdiyini hiss edəcəksiniz. Sirkə damcılatdıqdan sonra qulağınızı təmiz pambıq parçası ilə tıxayıb bir neçə dəqiqə bu şəkildə gözləməyi unutmayın.

 

2. Zeytun yağı

Qədim dövrlərdən bu yana bir çox xəstəliyin müalicəsində istifadə olunan zeytun yağı qulaq infeksiyaları üçün də effektlidir. Bunun üçün az miqdarda zeytun yağını təmiz bir qabda qaynatmadan qızdırın. Daha sonra otaq temperaturunda soyudun. Sonra alma sirkəsində olduğu kimi qulağınıza bir neçə damcı damcıladın. Zeytun yağı toxumaların hərarətini aşağı salaraq qulağın yaxşılaşmasını təmin edir və sağalma prosesini sürətləndirir.

 

3. Sarımsaq

Sarımsaq antibiotik xüsusiyyətləri sayəsində bir çox infeksiyanın müalicəsində istifadə edilir. O cümlədən, qulaq infeksiyalarını da sağaldır. Sarımsaq yağı da qulaq damcısı kimi istifadə edilir. Yağı yoxdursa, iki hissəyə böldüyünüz bir diş böyük sarımsağı zeytun yağının içinə atıb zəif odda bir neçə dəqiqə qızdırın. Sonra otaq temperaturunda olan məhlulun içindəki sarımsaqları çıxarıb yağından qulaq damcısı kimi istifadə edin.

 

4. Hidrogen peroksid

Qulaq infeksiyaları, adətən, xarici amillərin təsiri ilə əmələ gəlsə də, qulaq içində yığılmış çirkdən də qaynaqlana bilər. Belə olan halda qulağı çirkdən təmizləyib ağrını sakitləşdirməyin ən yaxşı yolu hidrogen peroksidlə müalicəsidir. Hidrogen peroksidi hidrogen peroksidin ayrılmış halı olan oksigenli su ilə əvəz edə bilərsiniz. Oksigenli suyu qulağınıza damcılatdıqdan sonra bir neçə dəqiqə gözləyin. Sonra yana çevirib başınızı yelləyin və suyun axmasını təmin edin.

 

5. Evkalipt yağı

Evkalipt yağı da qulaq infeksiyaları üçün olduqca təsirli bitkidir. Ancaq mütləq zeytun yağı ilə birlikdə istifadə edilməlidir. 1 damcı evkalipt yağı və 3 damcı zeytun yağını qarışdırıb qızdırın. Otaq temperaturunda soyudandan sonra qulağınıza bir neçə damcı töküb gözləyin. Qulağınızın yavaş-yavaş rahatlaşdığını hiss edəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir