Zumrud Haqverdiyeva 1

Qumar oynayan şəxsin psixologiyası haqda incə məqamlar – “SEANS VAXTI”

Baxış sayı: 578

Qumar gündəlik həyatımızda getdikcə insanlar tərəfindən qəbul edilən bir  davranışa modelinə çevrilir. Televiziyalarda at yarışı kanallarının olması, hər gün oynanılan lotereya oyunları, bir-birinin ardınca mərclərin olması – qumar oyunlarını daha əlçatan edib. Ölkəmizdə qumar oynanılan obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq, istənilən nəticə olmadı. Bununla yanaşı,  onlayn variant da qumar oyunları həyatımıza daxil oldu və günü-gündən inkişaf etməkdədir.

Daha çox aludə olmayan qumarbazın xüsusiyyətləri;  Bilirlər  ki, zamanla demək olar ki, hər kəs uduzur. Onlar adətən dostlarla olmaq, əylənmək və həyəcan yaşamaq kimi məqsədlər üçün oynayırlar. Bu cür qumar sosial dairədə, dostlar və ailə ilə  oynanılır. Müəyyən müddət oynanılır.

Psixiatrik yanaşmalara baxsaq,  bir şəxsin patoloji qumarbaz olduğunu müəyyən etmək üçün aşağıdakı diaqnostik meyarlardan ən azı beşi yerinə yetirilməlidir:

1) Daimi qumar oyunları ilə məşğul olmaq

2) İstədiyi həyəcanı əldə etmək üçün artan miqdarda pulla qumar oynamaq ehtiyacı

3) Qumar oyunlarına nəzarət etmək üçün edilən cəhdlərin boşa çıxması.

4) Problemlərdən qaçmaq və ya disforik əhval-ruhiyyədən çıxmaq üçün qumar oynamaq

5) Pul müqabilində qumar oynamaq və sonra   bir gün geri qayıdıb itirdiklərini qaytarmaq istəyinin olması

6) Qumar oynadığını  gizlətmək üçün ailə üzvlərinə, terapevtə və ya başqalarına yalan danışmaq

7) Lazım olan pulu əldə etmək üçün müxtəlif qanunsuz əməllərlə məşğul olmaq

8) Qumar səbəbiylə, işi və ya təhsil  imkanlarını təhlükə altına almaq.

 

Aparılan araşdırmalar göstərir ki, maddə asılılığı ilə patoloji qumar pozğunluğunun oxşar xüsusiyyətləri diqqəti çəkir. Bəzi araşdırmalar göstərir ki, patoloji qumarbazların təxminən yarısı alkoqol və ya başqa bir maddəyə aludə olur.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzi psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir