“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün quru lobya şorbasının hazırlanma qaydasını təqdim edirik.
Ərzaqlar
Quru lobya – 2 stəkan
Baş soğan – 2 ədəd
Kərə yağı – 2 x.q.
Pomidor tomatı – 1 x.q.
Bibər tomatı – 1 x.q.
Qaynadılmış su – 5 stəkan
Zövqə görə istəsəniz servis edərkən üzərinə keşniş doğraya bilərsiniz.
Hazırlanması
Quru lobyanı axşamdan təmizləyib, yaxşıca yuyub isti suda islağa qoyuruq. Səhər isə suda tam bişənə qədər bişiririk. Soğanı xırda doğrayıb, yağda üzərinə duz, istiot əlavə edib qızarana qədər qovururuq. Sonra tomatları əlavə edib 2-3 dəqiqə dadı çıxana qədər qarışdırıb suyu əlavə edirik. Su qaynayanda lobyanı əlavə edirik. Zövqə görə duz da qoyuruq. Bişdikdə isə üzərinə istiot əlavə edirik.
Məsudə Sultan