Quru paxlalıları bişirməyin düzgün QAYDASI

Baxış sayı: 1. 593

Quru paxlalıların doğru üsulla bişirilməsi sağlamlıq baxımından əhəmiyyətlidir.

“Gencaile.az”-ın Aile.lent.az-a istinadən məlumatına görə, quru paxlalıların qaynadılan suyunu atmaq olmaz. Paxlalılar yetişmiş bitki toxumlarıdır. Karbohidrat, protein tərkiblidir, qidalanmada sıx yer alması mütləqdir. Noxud, mərci, lobya, quru lobya, paxla, çay maşı bunlardan bəziləridir. Toxumun xarici qatı lifdən, iç hissələri isə nişastadan ibarətdir. Quru paxlalılarda az miqdarda olan yağ, çoxlu doymamış yağ turşularıdır. Ən yağlısı lobyadır. Bundan başqa dəmir, sink, kalsium, maqneziumla zəngindir.

Quru paxlalıları bu üsullarla bişirin

Quru paxlalıları həzmə uyğun və faydalı bişirmək üçün bəzi detallara diqqət etmək lazımdır. Quru paxlalıları otaq istiliyində 8-24 saat arası suda saxladıqdan sonra qısa müddətdə bişirmək lazımdır. Belə qabıqlarının çıxarılması daha asan olur və həzmi asan başa gəlir. İslatma suyunun atılmasında qida dəyəri itkisi yaşanmır. 100 dərəcənin üzərində protein itkisi olur. Quru paxlalılar qaynadılaraq bişiriləcəksə, qaynatma suyunu atmayın. Qaynatma suyunda əriyən vitaminlər olduqca çoxdur. Quru paxlalıları qazanın ağzı qapalı halda 45-60 dəqiqə bişirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir