orfl

Qütb dairəsində yeni həyat quran ailə

Baxış sayı: 1. 493

Bu gün şəhər həyatından və gətirdiyi çətinliklərdən uzaqlaşmaq istəyən bir çox insan başqa bir həyatın xəyalını qurur.

Norveçdən olan Hjertefolger ailəsi də yola belə bir xəyalla çıxıb.Onlar Qütb dairəsində olan bir adaya inşa etdikləri ev və qurduqları həyatla, xəyallarını gerçəkləşdirməyə qərar verənlərin nələr bacara biləcəyini göstəriblər.

Ingrid və Benjamin Hjertefolger cütlükləri 2013-ci ildə Norveçin Sandhornoya adasına köçür. İlk hədəfləri də “təbiət evi” adını verdikləri evlərini tikmək olur.

Qum, su, saman və gil tərkibli palçıq vasitə ilə, 5 otaq və 2 hamam otağından ibarət 3 mərtəbəli evin daxili cəbhəsi dediyimiz hissəsini tamamlıyırlar. Evin qütb qışına qarşı olan xarici cəbhəsi isə “günəş günbəzi” adı verilən xüsusi arxitektura modellə yaradılır. Bu şəkildə istilik xərclərini azaldan ailə, evin daxili və xarici hissəsinin arasında qalan sahəyə isə tərəvəz və meyvə baxçası qurur.

Bütünlükdə ailə və ailənin yaxın yoldaşları tərəfindən inşa edilən bu ev il boyu öz qonaqlarını qəbul edir. Gələn qonaqlar müəyyən olunan ödəniş qarşılığında bu evdə qala bilirlər. Ingrid tərəfindən verilən yoqa dərsləri də bu ödənişin içərisinə daxildir.

Uşaqlar isə evdə atalarının köməkliyi ilə təhsil ala bilirlər.

 3 1 2



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir