Zumrud Haqverdiyeva

Rənglərə görə psixologiya – “SEANS VAXTI”

Baxış sayı: 535

1) Bənövşəyi – Əgər bu rəngi sevirsinizsə, hətta fərqində belə olmadan sənətçi bir ruha sahibsiniz. Siz baş vermiş hadisələrə daha duyğusal yanaşırsınız. Empatiya hissiniz formalaşıb, eyni zamanda daxili rahatlığa sahibsinizdir. Baş vermiş hadisələrin üzərində daha çox düşünürlər. Hadisələr üzərində neqativ nəticələrin olacağını daha çox düşünürlər.

2) Mavi – Mükəmməlliyətçidirlər. Hərşey qüsursuz olmalıdır. Nizam-intizamı və qaydaları sevirlər. Bunu həm şəxsi həyatlarında həm də iş həyatlarında aid edirlər.  Xırda detallara belə önəm verirlər. Onun üçün də hansısa məsələ haqqında qərar verməkdə uzun zaman istəyirlər.

3) Qırmızı – Bu rəngi sevən şəxslər xarakterində, təzyiqci olmaları ilə fərqlənirlər. Uzun uzadı məsələlərdən, mənasız söhbətlərdən qaçırlar. Zamanı mükəmməl idarə edirlər. Özgüvəni formalaşmış şəxslərdirlər. Eyni zamanda tənqid olunmağı sevmirlər.

4) Yaşıl – Bu rəngi sevən şəxslər hərşeyi balansda saxlamağı sevirlər. Həyatlarında maddi və mənəvi olaraq normanı qoruya bilirlər. Öz qurduqları həyatda yaşamağı sevən bu şəxslər, bəsit şeylərdən belə rahatlıq tapa bilirlər.

5) Sarı – Bu rəngi sevən şəxslər, diqqət çəkici və pozitivdirlər. Yeni insanlar tanımaqdan əsla çəkinməzlər. O qədər əyləncəlidirlər ki, kiçik detayları bəzən keçirlər. Bu şəxslər həyatlarını ‘ Ötür getsin” tipli yanaşma edirlər.

6) Qara – Kənardan çox diqqət çəkici görünürlər

Bununla yanaşı daxillərində qopan tufanların, özləri fərqindədirlər. Əzmli eyni zamanda gələcəyi düşünəndirlər.

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir