Serafet Sirinli -2

Rəqs terapiyası haqda maraqlı nüanslar - "SEANS VAXTI"

Baxış sayı: 473

Rəqs terapiyası bədənin hərəkəti və rəqs ilə emosional, psixoloji sağalmanı dəstəkləyən psixoterapevtik yanaşmadır. Bu terapiya ağıl, bədən və ruhu birləşdirərək travmatik hadisələr, stress və emosional balanssızlığı aradan qaldırır.

Araşdırmalar göstərir ki, rəqs terapiyası depressiya və təşviş simptomlarını azaltmağa kömək edir. Koç və Kalka (2013) rəqs terapiyasının insan sağlamlığına təsirlərini araşdırmaq üçün 23 fərqli tədqiqatın nəticələrini analiz etmişlər. Bu araşdırmada rəqs terapiyasının bir sıra psixoloji və fizioloji aspektlərdə təsirli olduğu müəyyən edilmişdir. Psixoloqlar tərəfindən 2013-cü ildə aparılan meta-analizim nəticəsinə əsasən rəqs terapiyasının emosional vəziyyəti yaxşılaşdırdığı və stress hormonlarının səviyyəsini azaltdığı müəyyən edilib.

Rəqs terapiyası yalnızfərdi emosional problemlərin həlli üçün deyil, eyni zamanda sosial əlaqələrin yaxşılaşdırılması üçün də mühüm vasitədir. Behrends və digər tədqiqatçılar (2012) rəqs terapiyasının empatiya və sosial ünsiyyət bacarıqlarını artırdığını aşkar etmişlər. Tədqiqat, 20-40 yaş arasında dəyişən və ünsiyyətdə çətinliklər yaşayan bir qrup iştirakçı ilə aparılmışdır. Araşdırmada rəqs terapiyası proqramı aşağıdakı komponentləri əhatə etmişdir:

1) Hərəkət ifadəsi: İştirakçılar müxtəlif emosiyaları bədən dili ilə ifadə etməyə təşviq edilmişdir.

2) Təqlid və əks hərəkət: İştirakçılar digərlərinin hərəkətlərini təkrarlayaraq və ya uyğun hərəkətlərlə cavab verərək qarşılıqlı əlaqələrdə sinxronluq qurmuşlar.

3) Qrup dinamikası: İştirakçılar birgə rəqs hərəkətləri ilə kollektiv əlaqə təcrübəsi qazanmışlar.

Təcrübədən əvvəl və sonra iştirakçıların empatiya səviyyəsi və sosial bacarıqları xüsusi miqyaslarla qiymətləndirilmişdir.

 

Bədənin və zəkanın qarşılıqlı əlaqəsi

Rəqs terapiyasının əsas təsir mexanizmlərindən biri də bədənin hərəkətləri ilə emosiyaların ifadəsi arasındakı sıx əlaqəyə dayanır. Bu anlayışın elmi əsaslarından biri Penfield və Rasmussenin (1950) “motor homunculus” nəzəriyyəsidir. Nəzəriyyə, beyindəki motorkorteksin müxtəlif bədən hərəkətlərini idarə etmək üçün necə təşkil olunduğunu və bu təşkilatın emosiyalarla necə əlaqəli olduğunu izah edir. Penfield və Rasmussenin tədqiqatlarında motor korteksin (beynin hərəkətləri idarə edən hissəsi) bədənin fərqli nahiyələrinə aid hərəkətləri nəzarət etdiyini göstərən “homunculus” modeli təqdim edilmişdir. Bu model, beynin hərəkətləri təşkil edən hissələrinin nisbətlərini və əhəmiyyətini vizual olaraq təsvir edir.

 

Rəqs terapiyasının kliniki tətbiqi Travma və PTSD üzərində təsiri

Payne, Levine və Crane-Godreau (2015) travma yaşayan şəxslərdə rəqs terapiyasının stress səviyyələrini azaltdığını və emosional balansı bərpa etdiyini bildirmişdir. Tədqiqatlar sübut edir ki, travmatik hadisələr yalnız düşüncə və hisslərdə özünü göstərmir eyni zamanda bədən üzərində də simptomlar müşahidə edilir. Rəqs terapiyasında iştirakçılar bədən hərəkətləri vasitəsilə travma ilə əlaqəli hissləri azad edə bilirlər.

 

Nəticə

Rəqs terapiyası emosional və fiziki sağalma üçün elmi olaraq təsdiq edilmiş güclü bir vasitədir. Bu terapiya metodu yalnız klinik mühitdə deyil, həm də fərdi inkişaf üçün geniş istifadə olunur.

 

Ədəbiyyat

  1. Koç,Z.,&Coll.,2013. DanceMovementTherapyforPsychologicalWell-Being:A Meta-Analysis.
  2. Behrends,A.,Müller,S.,&Dziobek,I.,2012. EnhancingEmpathyThrough Dance Movement Therapy.
  3. Payne,P.,Levine,P.A.,& Crane-Godreau,M.A.,2015.SomaticExperiencing and Dance Therapy for Trauma Healing.
  4. Hervey,L.W.,2004.Art,Dance,andMusicTherapyin ChildhoodBehavioral Interventions.
  5. JulianeKStrassel,DanielCCherkin, LotteSteuten,KarenJSherman,HubertusJM Vrijhoef Alternative Therapies in Health & Medicine 17 (3), 2011

 

Şərafət Şirinli

Klinik psixoloq, EMDR terapevt, ailə psixoloqu

“Rebrain Academy”nin rəhbəri




6 şərh “Rəqs terapiyası haqda maraqlı nüanslar – “SEANS VAXTI”

  1. Leya Mürsəlova

    Mənim fikrimcə, bu terapiya yalnız emosional problemlərin həlli üçün deyil, həm də bədənin fiziki rahatlığını artırmaq üçün əvəzsizdir.

    Cavabla
  2. Afət Kərimli

    Mən rəqs terapiyasına qatılmaqla çox müsbət təcrübələr yaşamışam, amma yazını oxuduqca terapiyanın elmi əsaslarını daha yaxşı başa düşdüm. Rəqs terapiyasının yalnız fiziki sağlamlıq deyil, həm də emosional və sosial inkişaf üçün çox faydalı olduğunu qeyd etməyiniz məni çox təəccübləndirdi. Sosial ünsiyyət bacarıqlarının yaxşılaşması və empatiyanın artması kimi faydalar çox vacibdir. Məqalə həm psixoloji aspektləri, həm də fiziki təcrübələri mükəmməl şəkildə birləşdirir. Təşəkkür edirəm!

    Cavabla
  3. Aqil Qiyasli

    Rəqs terapiyasının faydalarını öyrənmək mənim üçün çox maraqlı oldu. Depressiya və stressin azaldılması barədəki məlumatlar xüsusilə faydalıdır.

    Cavabla
  4. Nihad Səlimov

    Mən bədənin hərəkəti və rəqsə qarşı bir az şübhəli yanaşan bir insanam, bu cür terapiyaların həqiqətən faydalı olub-olmaması mənim üçün hələ də sual işarəsidir. Bu mövzuda daha çox real həyatdan konkret müsbət nümunələr və ya insanların bu terapiya ilə necə yaxşılaşdığı barədə məlumatlar mənim kimi insanlar üçün daha inandırıcı olardı. Hər halda yazınız mövzuya çox maraq yaratdı və bu barədə daha çox öyrənmək istəyirəm.

    Cavabla
  5. Akademik Təhmasib Ə.

    Yazı elmi əsaslarla çox yaxşı hazırlanıb və mənbələrin düzgün şəkildə istifadəsi təqdirəlayiqdir. Rəqs terapiyasının psixoloji və fizioloji aspektləri haqqında verilən məlumatlar həm də mövzuya dərinlik qatır. Ancaq nəzərinizə çatdırmaq istədiyim bir məqam, bəzi elmi terminlərin izahlarının daha ətraflı verilməsi və tədqiqatların daha geniş şəkildə şərh edilməsidir. Bəzi hissələr oxucular üçün daha çox aydınlaşdırılmalı və müəyyən nəzəriyyələrin istifadəsi daha sadə dildə izah edilməli ola bilər. Elmi mənbələr çox yaxşı istifadə olunub, amma yazının daha geniş auditoriya üçün əlçatan olması üçün bəzi kompleks anlayışların izahına da yer verilməlidir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir