Rahat yuxu insan həyatının vacib amillərindəndir. Gün ərzində özünüzü necə hiss edəcəyiniz gecə yuxusundan asılıdır. Əgər gecə rahat yatmısınızsa, gün ərazidə daha gümrah görünəcəksiniz. Zamanımızın 1/3-ni yuxuda keçirdiyimizi düşünsək, yuxunun bir daha nə qədər vacib olduğunu anlayarsınız. Yatdığımız otağın havası yuxunun keyfiyyətinə təsir göstərən vacib şərtlərdəndir. Müasir dövrdə insanın ən böyük problemlərindən birinin yuxusuzluq olduğunu nəzərə alsaq niyə bunun alimləri bu qədər düşündürdüyünü anlayarsınız. Araşdırmalar nəticəsində Amerikadakı insanların yüzdə 25-nin insominadan əziyyət çəkdiyi ortaya çıxıb. Bəs dərin bir yuxuya getmək üçün yatmazdan öncə nə etmək lazımdır? Ən əsas amillərdən biri otaq temperaturuna ciddi fikir verməkdir. Doğru otaq temperaturu seçmək rahat yatmağınıza yardımçı olacaq. Vücudunuz və beyniniz yuxuya getmək üçün özünə uyğun temperatur nizamlayır, ürək döyüntüləri, nəfəs alıb-vermə azalır, enerji minimum dərəcədə istifadə olunur. Əgər orqanizm bu temperatura uyğunlaşa bilməzsə yata bilmir və oyanır. Bu da yuxunun keyfiyyətsiz olmasına gətirib çıxarır. Alimlər rahat yuxu üçün normal otaq temperaturunun 14-18 dərəcə, nisbi rütubətin isə 40-50% arasında olmasını məsləhət görürlər.