YUXU

Rahat yuxunun sirri: Bunlardan mütləq uzaq durun

Baxış sayı: 415

Sosial, iqtisadi problemlər, stress və gərginlik səbəbindən insanlarda getdikcə yuxusuzluq yaranır. Məşhur somnoloq və fizioloq Nerina Ramlaxan rahat yuxuya getməyin yollarından danışıb.

Mütəxəssis qeyd edib ki, sistematik yuxu çatışmazlığı soyuqdəymə, depressiya, demans, hətta insult və ya infarkt riskinin artmasına səbəb ola bilər.

Yuxu rejiminizi bərpa etmək üçün həkim müntəzəm cədvəl qurmağı tövsiyə edib. Onun fikrincə, hər gün eyni vaxtda yatmaq başlıca şərtdir. Həkim yatmazdan əvvəl rahatlaşdırıcı rituallardan istifadə etməyin əhəmiyyətindən də danışıb. Kitab oxumaq, vanna qəbul etmək, dərin nəfəs almaq və bu kimi meditasiyalar insanın rahat yuxuya getməsini tənzimləyən əsas səbəblərdən biridir. “Bütün bunlar stress hormonu olan kortizol səviyyəsini azaltmağa kömək edir”, – deyə mütəxəssis bildirib.

Somnoloq xəbərdarlıq edib ki, yatmazdan əvvəl kofein, ağır yeməklər, nikotin və alkoqol qəbulunu, elektron cihazlardan istifadəni məhdudlaşdırmaq mütləqdir. Elektron cihazların yaydığı mavi işıq yuxunu tənzimləyən hormon olan melatoninin bərpasına mane olur.

 

Cəmilə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir