“DoTerra”, dünyada yüksək keyfiyyətli efir yağlarının istehsalı ilə tanınan bir şirkətdir. 2008-ci ildə ABŞ-da qurulan şirkətin adı “doTERRA” latın dilində “dünyanın hədiyyəsi” mənasını verir. Şirkət efir yağlarının təbiiliyi və təmizliyinə xüsusi diqqət yetirir və məhsullarını dünyanın müxtəlif yerlərindən təbii üsullarla əldə edir. “DoTerra” məhsulları CPTG™️ (Certified Pure Tested Grade) sertifikatı ilə keyfiyyətini təsdiqləyir və tərkibində heç bir sintetik maddə olmadan təqdim edir.
“Rebrain Academy” olaraq biz sağlam bədən və sağlam ruh konsepsiyasını ön planda saxlayırıq. Devizimiz – “Sağlam bədəndə, sağlam ruh” – yalnız fiziki sağlamlığı deyil, həm də emosional və zehni rifahı dəstəkləməyi əks etdirir.
Akademiyamızda istifadə edilən metodların arasında təbii vasitələrə, o cümlədən efir yağlarına əsaslanan müalicələr də xüsusi yer tutur. Efir yağlarının bədən və ruhun sağlamlığına göstərdiyi təsiri elmi əsaslarla tətbiq edərək, təbii sağlamlıq həlləri təqdim edirik.
“DoTerra”nın dörd əsas efir yağı
“DoTerra”nın efir yağları sağlamlıq və rifah üçün geniş istifadə olunur. Bu yağlar yalnız qoxu üçün deyil, həm də müxtəlif terapevtik təsirləri ilə seçilir. Bu məqalədə şirkətin məhsulları arasında diqqət çəkən dörd əsas efir yağı – “On Guard” (Qoruma Qarışığı), “Oregano” (Dağ Kəklikotu Yağı), “Peppermint” (Nanə Yağı) və “Tea Tree” (Çay Ağacı Yağı) haqqında söhbət açılacaq.
1) “On Guard” (Qoruma qarışığı)
Tərkibi: Portağal qabığı (Citrus sinensis), qərənfil (Eugenia caryophyllata), darçın qabığı (Cinnamomum zeylanicum), rozmarin (Rosmarinus officinalis) və evkalipt (Eucalyptus radiata).
“On Guard” qarışığı immuniteti gücləndirmək və orqanizmi virus və bakteriyalardan qorumaq üçün istifadə edilir. Soyuqdəymə və qrip mövsümündə həm profilaktik, həm də dəstəkləyici vasitə kimi əvəzsizdir.
2) “Oregano” (Dağ kəklikotu yağı, Origanum vulgare)
“Oregano” yağı təbii antibiotik kimi tanınır. Bu yağın antibakterial, antiviral və antifungal xüsusiyyətləri güclüdür. Orqanizmi infeksiyalardan qorumaq və iltihab əleyhinə təsir göstərmək üçün geniş istifadə edilir.
“Rebrain Academy”də “Oregano” yağı bədənin təbii müdafiəsini gücləndirmək üçün tətbiq edilir.
3) “Peppermint” (Nanə yağı, Mentha piperita)
Nanə yağı sakitləşdirici və enerji artırıcı təsiri ilə tanınır. Baş ağrısının aradan qaldırılması, diqqətin artırılması və həzmin yaxşılaşdırılması üçün istifadə olunur. Akademiyamızda bu yağ, həm də bədənin enerji balansını tənzimləmək üçün tətbiq edilir.
4) “Tea Tree” (Çay ağacı yağı, Melaleuca alternifolia)
Çay ağacı yağı, dəri problemlərinin müalicəsində geniş istifadə olunur. Bu yağ sızanaqlar, göbələklər və yaraların sağalmasında təsirlidir. “Rebrain Academy”də çay ağacı yağı ilə dəri problemlərinin təbii üsullarla aradan qaldırılması üçün fərdi proqramlar təklif olunur.
“Rebrain Academy”nin yanaşması
“Rebrain Academy” olaraq, hər bir şəxsin sağlamlığına fərdi yanaşırıq. “DoTerra” efir yağlarının təbii və terapevtik təsiri bizim müalicə metodlarımızın ayrılmaz hissəsidir. Bu yağlar yalnız bədən üçün deyil, həm də ruhun və zehni tarazlığın dəstəklənməsi üçün istifadə olunur. Məqsədimiz, insanların sağlamlığını qorumaqla yanaşı, onların rifah və rahatlığını artırmaqdır.
“DoTerra” ilə “Rebrain Academy”nin əməkdaşlığı sayəsində təbiətin şəfalı gücündən faydalanaraq, sağlam və balanslı bir həyat üçün ən yaxşı təbii həlləri təqdim edirik.
Sevinc Məmmədova
Həkim-EMDR -terapevti
“Rebrain Academy”nin əməkdaşı
Bu yağlar doğurdan da faydalıdırmı? Bir neçə dəfə eşitmişəm, amma hələ istifadə etməmişəm. Mənim də dəri problemlərim var, buna kömək edərmi? Yoxsa sadəcə reklamdır?
Mən bu yağları istifadə etmişəm və tamamilə razıyam! Dərinin quruluğunu çox yaxşı aradan qaldırır və hətta saçımı da canlandırdı. Həqiqətən təsirli olduğunu görmüşəm. Əgər ehtiyacınız varsa, mütləq almanızı tövsiyə edirəm.
Çay ağacı yağı də çox yaxşıdır. Mənim dərimdə çoxlu qızartılar olur, amma bu yağla onlardan xeyli azaldım. Amma diqqətli istifadə etmək lazımdır, çünki çox güclüdür və birbaşa dərinin üzərinə tətbiq etmək olmur.
Bu yağları istifadə etməyə başladım, amma təsirini o qədər də hiss etmədim. Bəlkə də hələ çox istifadə etməmişəm, amma nəticə hələ yoxdur.
Peppermint çox yaxşıdır, xüsusən baş ağrısını yüngülləşdirmək üçün. Mən çox vaxt baş ağrılarımdan əziyyət çəkirəm və bu yağla çox yaxşı nəticələr almışam. Həm də çox təzələyici bir qoxusu var
Mən On Guard istifadə etmişəm və həqiqətən çox yaxşı təsir etdi. Xüsusilə soyuqdəymə və xəstəliklərə qarşı çox faydalıdır. Xəstəliklərdən qorunmaq üçün hər səhər bir neçə damcı istifadə edirəm. Çox yaxşı nəticə almışam.
Nanə yağı mənə o qədər də yaxşı gəlmədi. Düzdür, qoxusu çox gözəldir, amma istifadə edəndə heç bir təzələnmə hissi duymadım. Bəlkə də başqalarına fərqli təsir edər.
On Guard yağı doğrudan da faydalıdırmı? Mənim də immunitet sistemim zəifdir, onu dəstəkləmək üçün istifadə etməyi düşünürəm. Amma əvvəlcə daha çox məlumat almaq istəyirəm.