ders

Repetitorlar hansı vergi və sosial sığorta haqları ödəməlidirlər?

Baxış sayı: 318

Bakı şəhərində fərdi qaydada öz yaşayış evində repetitorluq xidməti göstərən şəxs hansı məbləğdə vergilər və sosial sığorta haqqları ödəməlidir?

Bakı şəhərində fərdi qaydada öz yaşayış evində repetitorluq xidməti göstərən şəxs hansı məbləğdə vergilər və sosial sığorta haqqları ödəməli olduğu ilə bağlı vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edirik:

“Hər hansı bir şəxs Bakı şəhərində fərdi qaydada repetitorluq xidməti göstərirsə, 3 ay ərzində ona daxil olan pul vəsaitinin iki faizi həcmində sadələşmiş vergi ödəməlidir. Əlavə olaraq, həmin şəxs hər ay 13.80 manat həcmində icbar tibbi sığorta və 86.25 manat həcmində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

 

Bundan başqa, həmin şəxs 3 ay bitəndən sonra növbəti ayın birindən iyirmisinə qədər olan müddətdə sadələşdirilmiş vergi ilə bağlı olaraq sadələşmiş vergi bəyənnaməsi və ödədiyi icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqqları ilə bağlı vahid bəyənnaməni vergi orqanına təqdim etməlidir”.

 

Əvəz Həsənov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir