Bu gün internetdə müğənni Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilovun bir xanımla fotosu yayılıb. Bu Anarın yendən ailə quracağı haqda söz-söhbətləri daha da gücləndirdi. Foto onların yaxın münasibətdə olmasını göstərir. Lakin Anar Cəlilov bunu qəti inkar edir.
Anar atvxeber.az-a açıqlama verib: “Bu qız, sadəcə, mənim dostumdur və biz neçə illərdir ki, bir-birimizi tanıyırıq. Mən hələ dəli olmamışam ki, 3-cü dəfə ailə qurum! Bilsəydim ki, bizim foto bu qədər ajiotaj yaradacaq, heç onu İnstagram-da yerləşdirməzdim. Artıq şəkili də İnstagram səhifəmdən silmişəm ki, qıza problem yaratmayım”.
Xatırladaq ki, Röya və Anar 2008-ci ildə ailə qurmuş, ötən il isə ayrılmışdılar. Onların bu nikahdan Hüseyn adlı oğulları var.