Tarixdəki liderlərin psixoloji problemləri ola bilərmi? Əslində dahiliyin məhsulu kimi görülən liderlər ruhi xəstəliklərdən əziyyət çəkiblər.
“Gencaile.az” “Publika.az”-a istinadən ruhi xəstəliklərdən əziyyət çəkən 10 məşhuru təqdim edir:
1. Vinston Çörçil
Çörçilin məktubları və şəxsi qeydlərinin araşdırılması nəticəsində bəzi günlər depressiyada olduğu və bu vəziyyətdən şikayət etdiyi qeyd edilir.
2. Adolf Hitler
Hitlerin gəncliyindən bəri özünü depressiyaya sürükləyən bir çox vəziyyət yaşadığı məlumdur. Böyük ümidlə çəkdiyi şəkillərinin sənət məktəbi tərəfindən bəyənilməməsi, Birinci Dünya Müharibəsində ağır yaralar almağı və bir qabını itirməsi ilə yaşadığı hadisələrə nümunə olaraq göstərilə bilər.
3. Avraam Linkoln
Məşhur liderlərdən biri olan Avraam Linkolnun da həyatında bəzi depressiv hallar görünüb. Sevdiyi qadına evlilik təklifi etməsi və rədd edilməsi nəticəsində başlayan depressiya halı, 1835-ci ildə aşiq olduğu başqa bir qadının ölümü və 1862-ci ildə oğlunun ölümü depressiv halını daha da artırıb.
4. Mahatma Qandi
Hindistanın məşhur adlarından olan Mahatma Qandi ölümlə nəticələnə bilən depressiyalar yaşayıb. Belə ki, gənc ikən intihara cəhd edib.
5. Con Neş
Çox adamın “A Beatiful Mind” adlı film vasitəsilə tanıdığı nobel mükafatçısı, məşhur riyaziyyatçı Con Neş şizofreniya xəstəsi olub.
6. Con Kennedi
Kennedinin ruhi xəstəlikdən əziyyət çəkdiyi uşaqlıq dövründən məlum olub. Xüsusilə, məktəb vaxtlarında hipertimik, yəni həddindən artıq enerjili bir uşaq olduğu bilinirdi.
7. Van Qoq
Məşhur rəssam Vinsent van Qoqun şizofreniya xəstəsi olduğu və bipolar pozğunluq yaşadığı bilinir.
8. Martin Lüter King
Martin Lüter Kingin narahatlıqları haqqında geniş dəlil olmasa da, özü 1963-cü ildə “Times” jurnalına verdiyi müsahibədə 2 dəfə intihara cəhd etdiyini söyləyib.
9. İsaak Nyuton
Məşhur alim Nyuton asperger sindromundan əziyyət çəkib. Bu sindrom beynin loblarını ayrı-ayrı işlədərək insanın bir çox mövzunu eyni anda düşünməsini təmin edir.
10. Aqata Kristi
Detektiv janrında yazdığı məşhur romanlarıyla tanınan yazıçı, isteriya xəstəsidir.